Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:25

Seymur Baycan. Gey cəsarəti


Seymur Baycan
Seymur Baycan
-

İndi mən yazsam ki, kaş o o geylərdə olan cəsarətin bir faizi filankəsdə, filankəsdə və filankəsdə olsaydı, yenə dava düşəcək...

Bəli, Azərbaycanda dəyşiklik etmək istəyənlərin özlərini dəyişmək lazımdı...


Seymur Baycan


GEY CƏSARƏTİ


Tiflisdə baş verən məlum hadisələrdən sonra xeyli adamın sevindiyinin şahidi oldum.

Hətta mənə ünvanlanmış suallarda belə adamlar sevinclərini gizlədə bilməmişdilər.

Hər halda yazı adamıyam, bunu hiss etmək çətin deyil.

Bununla belə, mitinqdə iştirak etdiyimi bilib və narahat olan adamlara çox sağolun deyib, minnətdarlığımı bildirirəm.

Mən sağ-salamatam, hər şey qaydasındadı.

İşin pis tərəfi odur ki, Tiflisdə gey parad əleyhinə keçirilən izdihamlı mitinqə, adamların döyülməsinə sevinənlərin arasında ölkədə dəyişiklik etmək istəyən adamlar da var idi.
Dindar gənclər anti-gey şüarlar səsləndirir, Tbilisi, 17 may 2013
Dindar gənclər anti-gey şüarlar səsləndirir, Tbilisi, 17 may 2013

Bu sevincin yaranmasında paxıllıqdan tutmuş, təfəkkürün yerində olmamasına qədər çox şey rol oynaya bilər.

Bəli, ölkədə dəyşiklik etmək istəyənlərin özlərini dəyişmək lazımdı.

Bir daha başa düşdüm ki, bizim ölkədə sağ, sol, müxalifət, iqtidar, dindar, ateist söhbəti yoxdu, bizim ölkədə bir din var.
Anti-gey aksiyasının iştirakçıları, Tbilisi, 17 may 2013
Anti-gey aksiyasının iştirakçıları, Tbilisi, 17 may 2013

Bu dinin adı AzTv-dir.

Xalqın hakimiyyətdən yalnız bir məsələdə narazılığı var. Hakimiyyət bir balaca çox oğurlayır.

Kimsə bunu açıq deyir, kimsə mətbəxdə mızıldanır, kimsə bu haqda düşünməkdən belə qorxur.

Qalan bütün məsələlərdə bir yerdədirlər - meyxana, toyxana, halal-haram söhbətləri, sarı gəlin, dolma, muğam, doqquz iqlim qurşağı, Ramil Səfərovun baltası, ana-bacı söhbəti, gey-petux söhbətləri...

Günü-gündən daha aydın başa düşürəm ki, bugünki hakimiyyət həm də bizim təfəkkürümüzün məhsuludu. Bu təfəkkürü yaxşı bilənlər xalqı daha asan idarə etməyə müvəffəq olurlar.

Tiflisdə baş verənlərə sevinənləri hardasa başa düşmək olar. Çünki azərbaycanlıların paxıllığı həqiqətən də izaholunmazdı.

Baxırsan ki, adamın hər şeyi var, hər şeyi, amma o başqasının əldə etdiyi ən adi bir uğura dözə bilmir, əzab çəkir, həyatını zəhərə çevirir.

Gürcüstanda bir balaca demokratiya işartısının görünməsi bizdə çox adamı narahat edir. Bunun da öz səbəbləri var.
Geylərə qarşı aksiya, Tbilisi, 17 may 2013
Geylərə qarşı aksiya, Tbilisi, 17 may 2013

Tiflisdəki mitinqin izdihamlı keçirilməsinə sevinənlər üçün yəqin ki, həmin gün kişilik geyliyə qalib gəlmişdi.

Əslində isə geylik həyat tərzidi, "petux"luq isə xarakterdi.

Bizim kimi ölkələrdə petuxların geyləri ittiham etməsi normal hal kimi qəbul olunur.

Anti-gey aksiyası, Tbilisi, 17 may 2013
Anti-gey aksiyası, Tbilisi, 17 may 2013

Rüşvət almaq, xəstəyə saxta dərman yazmaq, seçki saxtakarlığında iştirak etmək, yaltaqlıq, təlxəklik etmək və sonra da kimisə orientasiyasına görə qınayıb özünü kişi hesab etmək nə dərəcədə doğru mövqedir?

Bu ciddi qardaşlar, ciddi atalar, ciddi əmilər toylarına ittiham etdikləri, qınadıqları adamları, yəni gey müğənniləri bəhbəhlə çağırırlar. Özü də babat pul xərcləyirlər, üstəlik hələ bir şəkil də çəkdirirlər.

Bunu da deyim ki, bizim ölkədə heç düz əməlli gey də yoxdur. Bizim geylər də dominant AzTv təfəkkürünün tərkib hissəsindədirlər.

Bizim geylər də millətimə qurban olum deyərək, sarı gəlin, dolma, muğam, doqquz iqlim davası aparırlar. Söhbəti uzatmaq istəmirəm. Maraqlananlar bu iki yazını oxuya bilərlər.

http://kultura.az/articles.php?item_id=20120501085919901&sec_id=19

http://kultura.az/articles.php?item_id=20120427071236740&sec_id=18

İndi isə Tiflidə baş verənlərə bir balaca aydınlıq gətirmək istəyirəm . Təəssüf ki, bizim mətbuatda hadisələr birtərəfli işıqlandırıldı. Əlbəttə, o qədər adam küçəyə 5-6 geyə etiraz etmək üçün çıxmamışdı.
Geylərin hüquqları uğrunda mübarizə aparan fəal, Tbilisi, 17 may 2013
Geylərin hüquqları uğrunda mübarizə aparan fəal, Tbilisi, 17 may 2013

Mitinqin izdihamlı alınması üçün gürcü kilsəsi bütün qüvvələrini səfərbər etmişdi. Bir gün əvvəl hava yağışlı olsa da, meydan artıq dindarlar və mühafizəkarlar tərəfindən zəbt edilmişdi.

Mitinqin izdihamlı alınmasında bir çox səbəblər rol oynadı. Sadəcə gey parad bu səbəblərin üzə çıxmasına bəhanə oldu.

Əvvəla həmin mitinqdə Saakaşvilinin zamanında həbs olunmuş keçmiş siyasi məhbuslar aktiv iştirak edirdilər. Meydanda təxminən beş yüzdən çox din xadimi var idi və onlar adamların coşması, qəzəblənməsi üçün dəridən-qabıqdan çıxırdılar.

Mitinqdə adamları qızışdıran, coşduran qəzəbli din xadimlərini gördükdə bir daha bəşəri dəyərlər, insan azadlığı üçün mübarizə aparan, döyülən, öldürülən, sürgün olunan, təhqir olunan filosofların, fikir adamlarının, yazıçılarının böyüklüyünü, nə qədər vacib bir iş gördüklərini anladım.

Dinin nüfuzdan və gücdən salınması, əlindən silahının alınması, dövlətdən ayrılması əlbəttə ki, insanlıq tarixinin ən böyük uğurlarından biridir. Bir gürcü dostum əla bir söz dedi:

"Rus tankları Gürcüstana girəndə bu din xadimləri yoxa çıxmışdılar, səsləri gəlmirdi, indi üç dörd geyə qarşı müharibə elan ediblər".
Polis geylərin hüquqları uğrunda mübarizə aparan aksiya iştirakçılarını dindar aksiyaçılardan qorumaq üçün evakuasiya edir, Tbilisi, 17 may
Polis geylərin hüquqları uğrunda mübarizə aparan aksiya iştirakçılarını dindar aksiyaçılardan qorumaq üçün evakuasiya edir, Tbilisi, 17 may

Gürcü kilsəsinin bu qədər qəzəb nümayiş etdirməsinin səbəbi vardı. Çünki Gürcüstanda yeni bir nəsil yetişməkdədir.

Bu nəsil mentaliteti, dini iqnora qoyub. Sayları artmaqdadı. Sakit-sakit öz həyat tərzlərini təbliğ etməkdədirlər.

Kilsə həm də onlara öz gücünü göstərirdi. Amma bu güc nümayişi əks effekt verəcək.

Dindarlar geylərin evakuasiya olunub doldurulduğu avtobusa hücum edirlər, Tbilisi, 17 may 2013
Dindarlar geylərin evakuasiya olunub doldurulduğu avtobusa hücum edirlər, Tbilisi, 17 may 2013

Bir çox adam belə deyirdi: "Mən inanclıyam, amma bu hadisələrə etiraz olaraq kilsəyə getməyəcəm".

O mitinqdə hər cür adam vardı. Milli geyimdə şüar qışqıranlar, belinə xəncər bağlayanlar, başına çoban papağı qoyanlar, mühafizəkarlar, millətçilər, keçmiş siyasi məhbuslar, mitinq üçün darıxanlar...

Bütün bu adamların meydana çıxması üçün geylər bir bəhanə oldu. Adamları küçəyə çıxarmaq üçün isə kilsə bütün vasitələrdən istifadə etdi. Sanki 5-6 gey bütün ölkəni satacaqdı, məhv edəcəkdi...

Müvəqqəti gücsüzlük həqiqəti laxlada bilməz. Bəşəriyyət öz inkişaf süjetini çoxdan müəyyən edib.

Ola bilsin ki, kimsə, hansısa qüvvə hardasa şillə-təpiklə, bıçaqla müəyyən bir toplumu bu inkişaf süjetindən ayırmağa, inkişafa qarşı qoymağa müyəssər olsun.

Bu, müvəqqəti bir dirəniş olacaq və bununla həmin toplum, həmin xalq özünü inkişafdan saxlamış, həm də tərəqqipərvər dünyanın qarşısında biabır etmiş olacaq. Gey parada qarşı o cür aqressiv mitinqin keçirilməsi ilə gürcü kilsəsi gürcüləri tərəqqipərvər dünyada biabır etmiş oldu.

Köhnə dünyanın adamlarına isə çox pis örnək göstərdi. Bunu gürcü ziyalıları başa düşürlər. Mitinqi pisləyən kifayət qədər adam var.

Sonda bir məsələni də mütləq qeyd etməliyəm. 5-6 gey öz prinsiplərinə sadiq qalaraq, kişi kimi cəsarətlə o boyda qəzəbli kütlənin qarşısına çıxdı.

İndi mən yazsam ki, kaş o o geylərdə olan cəsarətin bir faizi filankəsdə, filankəsdə və filankəsdə olsaydı, yenə dava düşəcək...

Dava salmamaq üçün ad çəkmirəm. Zatən Elçibəy də dava salmamaq üçün hakimiyyəti təhvil verib Kələkiyə qaçmağı üstün tutdu. Hərdən ənənəyə hörmət etmək lazımdı. Bu qədər.

Kultura.az
Gürcüstanda seksual azlıqlar əleyhinə etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
XS
SM
MD
LG