Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

ATƏT sədri: «Heç kim Azərbaycanın qərar qəbul etmək hüququnu kiçiltmir»


Leonid Kozhara
Leonid Kozhara
-

«Ukraynanın mövqeyi sadə və məntiqidir - biz hesab edirik ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur. Ancaq biz ATƏT üzvüyük və komanda ruhu da var. Heç kim Azərbaycanın qərar qəbul etmək hüququnu kiçiltmir».

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir: «Ümid edirəm ki, tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik. Çünki bu, xalqın naminə edilir».

İyulun 8-də ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara-nın Azərbaycana səfəri başlayıb. O, ilk görüşünü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirib. Görüşdən sonra mətbuat konfransında E. Məmmədyarov görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, «Helsinki +40» prosesi ətrafında müzakirələr aparıldığını deyib.

Həmçinin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanın beynəlxalq müşahidəçiləri dəvət edəcəyini də bildirib: «Beynəlxalq hüquqa əsasən, Azərbaycan ölkədə keçiriləcək prezident seçkiləri prosesini müşahidə etmək üçün bütün beynəlxalq təşkilatlara dəvət göndərəcək».
XS
SM
MD
LG