Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

ABŞ Suriya üsyançılarına silah verməyə hazırdır


Azad Suriya Ordusunun döyüşçüləri, Hələb, 23 iyul
Azad Suriya Ordusunun döyüşçüləri, Hələb, 23 iyul
-

Mediada yayılan son xəbərlərə görə, qarşıdakı həftələrdə ABŞ Konqresi və Senatı anti-Assad qüvvələrinin silahlandırılmasına yaşıl işıq yandıra bilər.

Hələ iyun ayında Ağ Ev yoxlanmış üsyançı qruplaşmalarına məhdud hərbi təchizatın mümkünlüyünü dilə gətirmişdi.

Konqres və Senatın kəşfiyyat komitələri göndəriləcək silahların islamçı qrupların əlinə keçə biləcəyindən narahatdır.

OBAMA PLANA KÖNÜLSÜZ RAZILIQ VERİB

Konqres komitəsinin sədri Mike Rogers bildirib ki, Suriya müxalifətinin silahla təchizatı barədə razılıq əldə edilib.

Ancaq o, «Reuters» agentliyinə müsahibəsində respublikaçı və demokratlardan ibarət komitənin bu qərarla xeyli könülsüz razılaşdığını da diqqətə yetirib.

Komitənin demokrat azlığına daxil Adam Schiff-in sözlərinə görə, məhdud sayda silahla Suriyada nəyisə dəyişmək artıq gecdir.

Hər iki komitə Barack Obama-nın Suriyaya yüngül silahlar göndərmək planını bağlı qapılar arxasında dartışıb.

ABŞ Senatı
ABŞ Senatı
Silah göndərilməsinin dəqiq vaxtı hələ müəyyənləşdirilməyib.

Suriya üsyançıları Amerika silahlarını avqust ayında alacaqlarına ümid bəslədiklərini söyləyirlər.

Konqresi razı salmaq üçün dövlət katibi John Kerry-nin pərdə arxasında intensiv iş apardığı xəbər verilir.

Bu vaxtadək Suriya münaqişəsinə dərin müdaxilənin əleyhinə olan prezident Obama ötən ay fikrini dəyişib.

LONDON DA FİKRİNİ DƏYİŞİB

Maraqlıdır ki, Vaşinqtonun «hərb və sülh» məsələlərində «danışıqsız müttəfiqi» olan London da fikrini dəyişib.

Baş nazir David Cameron BBC1 telekanalına müsahibəsində sensasiyalı bəyanat verib.

O deyib ki, Britaniya Suriyaya silah embarqosunun qaldırılması üçün qızğın fəaliyyət göstərsə də, indilik üsyançılara silah verilməməsi qərarına gəlib.

Hələ ayyarım öncə Britaniya bütün Avropa Birliyini Suriyaya qarşı silah embarqosunu qaldırmağa təhrik etmişdi.

David Cameron Suriya müxalifəti sıralarında çox sayda «pis oğlanlar»ın olduğunu da söyləyib.

O, Bashar al-Assad-ın son aylarda mövqeyini xeyli gücləndirdiyini də etiraf edib.

CAMERON ARVAD SÖZÜ İLƏ DURUB-OTURMUR

David Cameron
David Cameron
Baş nazir onu da bildirib ki, üsyançıların arasındakı ixtilaf Britaniyanın problemi deyil.
David Cameron Londonun üsyançıları tək qoymaq istəmədiyini və onlara qeyri-döyüş avadanlığından ibarət yardım göstəriləcəyini də söyləyib.

Baş nazir deyib ki, Britaniya Suriyaya silah göndərmək niyyətində olmasa da, tərəfdaşlarıyla birgə müxalifətin sağlam bölümünə yenə dəstək verəcək.

O, Suriya qaçqınlarının vəziyyətinə acıyan xanımı Sanatha-nın onun siyasətini yönləndirməsi barədə söyləntiləri də rədd edib.
XS
SM
MD
LG