Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:23

Ramazan bayramı: Şamaxı Rəsədxanası yoxsa QMİ?


Təzə Pir Məscidində namaz
Təzə Pir Məscidində namaz
-
ELMİ VƏ DİNİ AMİLLƏR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, Ramazan bayramına dair fətva vermək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinindir.
«Ramazan Bayramı nə vaxt olacaq? Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə fərqli mövqe nümayiş etdirib. Bunlardan hansı düzgündür? Mövzu ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanlanan sorğulara cavab olaraq bildirilir ki, Şamaxı Rəsədxanası astronomik hesablamalara görə ayın yenilənməsi ilə bağlı məlumat verə bilər. Bu işin elmi tərəfidir. Lakin bayramın tarixi dini amillərdən asılı olduğunu nəzərə alaraq fətva vermək səlahiyyəti – QMİ-nindir», komitənin avqustun 7-də yaydığı məlumatda belə deyilir.
TÜRKİYƏ YA İRAN?
Azərbaycanda dindarlar Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq, İranda olduğu kimi, iyulun 10-dan oruc tutmağa başlayıblar. İdarənin Ramazan ayı təqvimində deyilirdi ki, Ayın görünməsindən asılı olaraq Ramazan – fitrə bayramı miladi təqvimi ilə avqustun 8-i və ya 9-na düşür. Ölkədə rəsmi bayram avqustun 8-9-da qeyd olunur.
Türkiyədə isə orucluq iyulun 9-da başlayıb və avqustun 7-də başa çatır. Bu zaman ayın görünməsi deyil, ayın dəyişməsi əsas götürülür.
Şamaxı Rəsədxanası da bildirir ki, iyulun 8-də səhər saat 2 radələrində ay dəyişir, yəni Ramazan ayı başa çatır. Ancaq rəsədxanadan deyirlər ki, yeni ayın görünməsi 35 saat çəkə bilər.
XS
SM
MD
LG