Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

ABŞ kəşfiyyatının keçmiş direktoru: “Azərbaycan demokratiyaya doğru irəliləyir”


R. James Woolsey
R. James Woolsey
-

R. James WoolseyDavid J. Smith-in “The Hill” qəzetinin bloq guşəsində yerləşdirilmiş məqaləsi belə adlanır.

Məlumat üçün deyək ki, ilk nömrəsi 1994-cü ildə Vaşinqtonda işıq üzü görmüş bu qəzet, Konqres barədə yazır və əsasən elə Konqres üçün buraxılır.

Qəzet bir qayda olaraq Konqres barədə yazılarla yanaşı, biznes və lobbiçilik barədə materialları da dərc edir.

MÜƏLLİFLƏR KİMDİR?

Cənab R James Woolsey-ə gəlincə isə, o, 1993-1995-ci illərdə, Clinton administrasiyası dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.

2011-ci ilin iyul ayında cənab Woolsey prezident Reagan-ın milli təhlükəsizlik müşaviri olmuş Robert C. Mcfarlane-lə birlikdə Birləşmiş Ştatlar Enerji Təhlükəsiliyi Şurasını təsis edib.

Woolsey hazırda həmçinin Yanacaq Azadlığı Fondunun (Fuel Freedom Foundation) məşvərət palatasının üzvüdür.
Azərbaycanın demokratik inkişafındakı qüsurları gözardına almamalıyıq. Eyni zamanda biz, böyük uğura aparan konkret addımları da görməməzliyə vurmamalıyıq...

Yanacaq Azadlığı Fondu 2012-ci ildə yaradılıb və Birləşmiş Ştatların neftdən və onun nəqlindən asılılığına son qoymaq məqsədi güdən bir təşkilatdır.

Məqalənin həmmüəlifi səfir David J. Smith Potomac Siyasi Araşdırmalar İnstitutunun keçmiş rəhbəridir.

QÜSURLARI GÖRƏK, UĞURLARI DA UNUTMAYAQ

Cənablar Woolsey və Smith Azərbaycana dair məqalədə yazırlar ki, oktyabrın ortalarında minlərlə jurnalist, müşahidəçi və qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycanın növbəti prezident seçkilərinə görə Bakıya gələcəklər.

“Seçkilər vacibdir, - yazır keçmiş MKİ başçısı, - lakin təəsüflə deyilməlidir ki, bütün dünya boyunca, bir çox hallarda bu, demokratiyanın bərqərar edilməsi üçün kifayət deyil”.

Onlar yazırlar ki, “demokratiyanın əsl təməlinin qurulması çoxsaylı kiçik addımlardan ibarət uzun prosesdir”.
Xoşbəxtlikdən Azərbaycan güclü demokratik cəmiyyət qurmaq üçün lazım olan mühüm amillərə malikdir: yerli demokratik ənənələr, təhsilin yüksək səviyyəsi, dünyəviliyə bağlılıq, mötədillik və qarşlılıqlı hörmət, əhəmiyyətli iqtisadi inkişaf və Şərq-Qərb ticarətində mühüm mövqe.

“Beynəlxalq televiziyaların kameraraları Bakını tərk etdikdən sonra, Azərbaycan xalqı və bir ovuc xarici yardımçı bu kiçik addımların üzərində işləmək üçün ölkədə qalacaqlar. Onlar və biz istər qarşıdan gələn seçki olsun, istərsə də gündəlik idarəetmə, Azərbaycanın demokratik inkişafındakı qüsurları gözardına almamalıyıq.

Eyni zamanda biz, böyük uğura aparan konkret addımları da görməməzliyə vurmamalıyıq”.

Müəlliflərin fikrincə, “xoşbəxtlikdən Azərbaycan güclü demokratik cəmiyyət qurmaq üçün lazım olan mühüm amillərə malikdir: yerli demokratik ənənələr, təhsilin yüksək səviyyəsi, dünyəviliyə bağlılıq, mötədillik və qarşlılıqlı hörmət, əhəmiyyətli iqtisadi inkişaf və Şərq-Qərb ticarətində mühüm mövqe”.

ADR-İN TARİX DƏRSİ

Onlar yazırlar ki, Azərbaycan 1991-ci ildə Sovet İttifaqından müstəqil olanda özünün zəngin liberallaşdırma və islahat təcrübəsini yada saldı.

Müəllif xatırladır ki, hələ 19-cu əsrin əvvəllərində Azərbaycan mütəffəkirləri və neft sənayeçiləri dünyəvi təhsilin mühümlüyünə uinanırdılar.

“Onların ideyaları Rusiyada çar rejiminin devrilməsindən sonrakı qısa müddətdə, iki il ərzində həyata keçirildi, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dinindən, sinfindən, peşəsindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlarına siyasi hüquqlar verdi.

Azərbaycan, qadınlara hətta Amerikadan iki il tez səs hüququ verən ilk müsəlman ölkəsi oldu. Təəssüf ki, 1920-ci ildə Bolşevik müdaxiləsi Azərbaycanın yenicə pöhrələnən demokratiyasına son qoydu və Azərbaycan 70 illik Sovet hakimiyyətinin idarəsi altına keçirildi. Bununla belə, həmin o qısa müddətin müstəqil demokratiya quruculuğu müasir azərbaycanlılar üçün demokratik ilham mənbəyi olaraq qalır”.

Səfirlər Woolsey və Smith yazırlar ki, Azərbaycanın savad reytinqi 99,8 faizdir, bununla belə rəsmi Bakı təhsil sahəsinə xərcləri beşqat artırıb.

SEÇKİ MÜHÜMDÜR, AZƏRBAYCAN ONDAN DA MÜHÜMDÜR

Onlar həmçinin vurğulayılar ki, Azərbaycan təhsilinin oriyentasiyası Qərbə doğrudur.
Məqalədə bu da vurğulanır ki, hökumət təhsilin radikalizmə qarşı yönəlməməsini təmin edir, gənclərin Qərbdə təhsil almasından çəkinmir.

Müəlliflər yazırlar ki, ölkə bu uğurlara ümumi daxili gəlirin 12,6 faizə çatdırılması ilə nail olub.
Bəli, qarşıdan gələn seçkilər mühümdür, lakin yalnız ABŞ maraqlarının və Azərbaycan xalqının qoyacağı davamlı demokratik təməlin geniş kontekstində...

“Bakı canlı, kosmpolit şəhərdir və hər il minlərlə xarici işçi və qonağa qucaq açır”, - yazırlar Woolsey və Smith.

Onlar yazırlar ki, Bakı dəniz limanı Qazaxıstan taxılını boşaldıb Şimali Afrikaya da göndərir, Əfqanıstandakı NATO qüvvələri üçün mühüm təchizatın tranziti rolunu da oynayır.

Müəlliflər yada salırlar ki, Azərbaycanın hərbi kontingenti Əfqanıstanda NATO qüvvələri ilə birlikdə xidmət edir.

“Bu misallardan bəziləri Amerikalılara xatırlatmalıdır ki, Azərbaycan mühüm təhlükəsizlik partnyorudur və onun ərazisindən keçən Cənubi Qafqaz Şərq-Qərb dəhlizi ABŞ-ın təhlükəsizliyi üçün mühümdür” – yazırlar Woolsey və Smith.

Müəlliflər yazının məğzini sanki son cümlədə açırlar: “Bəli, qarşıdan gələn seçkilər mühümdür, lakin yalnız ABŞ maraqlarının və Azərbaycan xalqının qoyacağı davamlı demokratik təməlin geniş kontekstində”.

Başqa sözlərlə, Azərbaycan seçkiləri mühümdür, lakin Azərbaycan ondan da mühümdür.
XS
SM
MD
LG