Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:44

J. Kerry: «Suriyada kimyəvi silahdan istifadə edənlər məsuliyyət daşımalıdır»


John Kerry
John Kerry
-
Suriyada kimyəvi silahdan istifadə edənlər öz əməllərinə görə məsuliyyət daşımalıdır. Bunu ötən gün ABŞ Dövlət katibi John Kerry bəyan edib. O, Bashar al-Assad rejimini zəhərli qaz hücumunun sübutlarını məhv etməkdə ittiham edib. Dövlət katibi ABŞ prezidenti Barack Obama-nın ABŞ qanunvericiləri və müttəfiqləri ilə 21 avqust hücumuna cavab verməyin yollarını müzakirə etdiyini deyib.

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan Suriyaya istənilən müdaxilə beynəlxalq hüquqa zidd olacaq.

Hərçənd onun britaniyalı həmkarı William Hague Təhlükəsizlik Şurasının icazəsi olmadan da bu cür müdaxilənin mümkünlüyünü istisna etməyib.

Bu arada kimyəvi silah işlədildiyi deyilən Dəməşq ətrafını araşdıran BMT müfəttişlərinin maşını snayper hücumuna məruz qalıb. İnsident zamanı xəsarət alan olmasa da, zədələnmiş maşınlardan birini dəyişməyə ehtiyac yaranıb. Suriyanın hökumət televiziyası bunun terrorçular tərəfindən edildiyini bəyan edib.

Beynəlxalq sərhədsiz həkimlər təşkilatı çərşənbə günü törədilən bu hücumda 300-dən çox adamın öldüyünü deyir. ABŞ və Qərb ölkələri hücumun arxasında Suriya rejiminin dayandığını düşünür. Suriya hökuməti isə bu ittihamları rədd edir.
XS
SM
MD
LG