Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Azərbaycanda prezident seçkilərinin tarixi rəqəmlərdə (infoqrafika)


Oktyabrın 9-da Azərbaycan Respublikasının növbəti prezident seçkiləri keçirlir. Bu, Azərbaycan tarixində 7-ci prezident seçkiləridir.

1-ci KATİBDƏN PREZİDENTƏ

İlk prezident seçkiləri Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu dövrə təsadüf edir. O zaman SSRİ-yə və onun tərkibinə daxil olan müttəfiq respublikalara formal olaraq Kommunist partiyasının baş və birinci katibləri rəhbərlik edirdi. Kommunist partiyasının hegemonluğunu müəyyən edən maddə SSRİ Konstitusiyasından çıxarılandan sonra, katib institutları prezident vəzifələri, partiyanın mərkəzi komitələri isə prezident administrasiyası (aparatı) ilə əvəz olunmağa başladı. SovİKP MK baş katibi Mikhail Gorbachov SSRİ prezidenti seçiləndən sonra, respublikalarda da müvafiq dəyişiklik aparılaraq Mərkəzi komitə katibləri alternativsiz seçki vasitəsi ilə prezident vəzifəsinə keçdilər.

Azərbaycanda belə bir seçki 1991-ci il sentyabrın 8-də keçirildi. Seçkilərdə iştirak edın yeganə namizədin, Mərkəzi komitənin birinci katibi Ayaz Mütəllibovun səslərin 98,5%-nin qazandığı elan olundu. Rəsmi məlumatlarda səsvermə hüququ olan əhalinin 84,4%-nin seçkilərdə iştirak etdiyi bildirlidi (seçici fəallığı)

(Mətn İnteraktiv infoqrafikanın altında davam edir)


MÜSTƏQİL AZƏRBAYCANIN İLK PREZİDENT SEÇKİLƏRİ

Bundan sonra gələn bütün prezident seçkiləri artıq federasiya subyekti deyil, müstəqil Azərbaycan dövlətinin başçısını müəyyən edirdi.

1992-ci ilin martında, Xocalı faciəsinin doğurduğu etirazlardan sonra, prezident Ayaz Mütəllibov kütləvi mitinqlərin təzyiqi altında istefa verdiyini elan etdi. Müxalifətin parlament republikasına keçid təklifini rədd edən mühafizəkar deputatlardan ibarət parlament çoxluğu növbəti prezident seçkilərinin keçirilməsinə qərar verdi. Mayın 14-də eks-prezident Mütəllibov yenidən vəzifəsinə qayıtdığını elan etsə də, növbəti kütləvi etirazlardan sonra vəzifəsini və ölkəni tərk etməyə məcbur oldu. Bundan 3 həftə sonra, iyunun 7-də keçirilən prezident seçkilərində 5 namizəd iştirak edirdi. Azərbaycan Xalq cəbhəsininn sədri Əbülfəz Elçibəy 59,4 faiz nəticə ilə qələbə qazandı. Bu seçki rəsmi göstəricilər baxımından Azərbaycan tarixinin ən gərgin siyasi yarışması kimi yadda qaldı. Belə ki, Elçibəyin rəqibi Nizami Süleymanov səslərin 33 fazini əldə etmişdi. 1992-ci ildə seçici fəallığı 76,3 faiz təşkil edirdi.

2 SEÇKİ REKORDU VURAN PREZİDENT SEÇKİSİ

3-cü prezident seçkilərinin keçirilməsi də Azərbaycandakı siyasi gərginliyin nəticəsi kimi baş verdi. 4 iyun Gəncə qiyamından sonra prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi, nəticədə faktiki hakimiyyətini itirdi. Avqusta keçirilən referendum Elçibəyin de-fakto hakimiyyətsizliyinə de-yure son qoydu. Oktyabra təyin olunan prezident seçkilərinə 3 namizəd qatıldı - Yeni Azərbaycan partiyasının sədri və Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edən Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev. 1993-cü il, oktyabrın 3-də keçirilən və Heydər Əliyevin tam üstünlüyü ilə başa çatan səsvermə Azərbaycan prezident seçkiləri tarixinin 2 rekordunu vurdu. Rəsmi məlumatlara əsasən Heydər Əliyevə seçicilərin 98,8%-i səs verdi, seçici fəallığı isə 97,6% həddinə çatdı. Prezident seçkiləri tarixinin bu rekordları hələ də dəyişməz qalır.


NÖVBƏDƏNKƏNAR OLMAYAN İLK SEÇKİ

Sayca 4-cü olan 1998-ci il seçkiləri Azərbaycan tarixinin ilk siyasi yarışması idi ki, fövqəladə hadisələr deyil, preizdentin səlahiyyət müddətinin başa çatması münasibətilə təşkil olunurdu. Oktyabrın 11-də keçirilən prezident seçkilərində 6 nəfər mübarizə aparırdı. Milli İstiqlal partiyasının sədri Etibar Məmmədov, 1992-ci il seçkilərindən yadda qalan akademik Nizami Süleymanov, habelə nisbətən kiçik miqyaslı siyasətçilər Firudin Həsənov, Əşrəf Mehdiyev və Xanhüseyn Kazımlı prezident Heydər Əliyevin 2-ci müddətə seçilməsi niyyətinəmane olmaq iddiasında idilər. Heydər Əliyev bu dəfə daha təkəbbürlü nəticə, səslərin 77,7% ilə qalib elan olundu. İkinci yeri tutan Etibar Məmmədovun 11,84% səs topladığı bildirlirdi. Seçki fəallığı bu dəfə 79,8% oldu.

YENİ MİNNİLLİYİN İLK SEÇKİSİ

5-ci prezident seçkilərini əvvəlkindən yeni əsr və yeni minnillik ayırırdı. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri namizədlərin sayına görə ən "kütləvi", tərkibinə görə isə ən sanballı seçki idi. Vəfat etmiş Heydər Əliyevin varisi 42 yaşlı İlham Əliyevə qarşı Azərbaycan siyasi spektrində kifayət qədər nüfuz sahibi olan 7 namizəd durudu: İsa Qəmbər (sabiq parlament sədri), Lalə-Şövkət Hacıyeva (sabiq dövlət katibi), Etibar Məmmədov (Xalq hərəkatı liderlərindən biri), vaxtılə nazir postu tutmuş İlyas İsmayılov, Sabir Rüstəmxanlı və Hafiz Hacıyev. MSK İlham Əliyevin 76,84%, İsa Qəmbərin isə 13,97% səs topladığını elan edəndən sonra müxalifət tərəfdarlarının kütləvi etirazları Azadlıq meydanında qanlı toqquşma, müxalifət üzvlərinin kütləvi həbsləri ilə başa çatdı. Rəsmi məlumatlarda bu seçkilərdə səsvermə hüququ olan vətəndaşların 71,23% iştirak etdiyi göstərilirdi.

İLHAM ƏLİYEV 2-Cİ DƏFƏ PREZİDENT SEÇİLİR

Azərbaycanda sayca 6-cı prezident seçkirləri 2008-ci il oktyabrln 15-də keçirildi. Əsas müxalifət qüvvələri seçkini boykot edirdi. Bu dəfə İlham Əlieyvin rəqiblərinin sayı 6 idi. Vaxtilə müxalifətdə 2-ci rollarda olan və boykot qərarı ilə razıaşmayan bu siyasətçilərdən heç biri prezidentə alternativ rolunu oynaya bilmədi. 88,73% göstərici ilə 2-ci müddətə prezident seçilən İlham Əliyevin ən yaxın rəqibi "Ümid" partiyasının sədri İqbal Ağazadənin səslərin cəmi 2,86% qazandığı elan olundu. MSK seçki fəallığını 75,12% kimi qeydə aldı.


BÜTÜN TƏRƏFLƏRİN ETİBAR ETDİYİ SEÇKİ KOMİSSYASI


Azərbaycandakı prezident seçkiləri heç vaxt birmənalı şəkildə tam sərbəst və ədalətli qəbul olunmayıb (qalib tərəfin fikrini nəzərə almasaq). Təqribən 20 illik dövrü əhatə edən bu zaman kəsimində hər bir prezident seçkisinin keçirilməsi ilə bağlı konkret ittihamlar irəli sürülsə də, hər dəfə səslənən bir irad var: hakimiyyətdə olan siyasi qüvvə dövlətin rəsmi resurslarından sui-istifadə edir, seçki zamanı TV və mətbuatın, güc və inzibati strukturların, büdcə təşkilatlarının işi müxalifətin zəiflədilmsəinə, iqtidarın isə gücləndirilməsinə yönəlir.

Ötən müddət ərzində Azərbaycanda prezident vəzifəsini 6 nəfər həyata keçirib.
Ayaz Mütəllibov - 1991(sentyabr)-1992(mart)
Yaqub Məmmədov (səlahiyyətlərin icrası) - 1992 (mart-may)
İsa Qəmbər (səlahiyyətlərin icrası) - 1992 (may-iyun)
Əbülfəz Elçibəy 1992 (iyun) -1993 (iyun)
Heydər Əliyev 1993- 2003
İlham Əliyev (2003 - indiyədək)

Daha geniş İnteraktiv infoqrafikaya baxmaq üçün bura daxil ol
XS
SM
MD
LG