Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

Vaşinqtonla Moskva Suriya ilə bağlı sülh konfransına ümidlə yanaşırlar


 John Kerry və Sergei Lavrov
John Kerry və Sergei Lavrov
ABŞ Dövlət katibi John Kerri ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriyadakı silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı danışıqların bu ölkəylə bağlı sülh konfransı keçirilməsinə kömək edəcəyinə ümidlə yanaşırlar.Liderlər sentyabrın sonunda Nyu-Yorkda bu konfransın vaxtını razılaşdırmaq üçün görüş keçirəcəklərini bildiriblər.

Bu barədə onlar Cenevrə görüşündən sonra bəyan ediblər.Bu görüşdə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi də iştirak edib.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Bişkekdə keçirilən sammitində Dəməşqin kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulmaq qərarını Suriya münaqişəsinin həllində ciddi addım adlandırırb.
XS
SM
MD
LG