Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

1 kitabın tərcümə və nəşrinə 3 milyon manat?


-
25 sentyabrda AzadlıqRadiosunun hazırladığı media icmalı:


“Azadlıq” qəzeti Ədliyyə Nazirliyinin bu ilin 6 ayında ayrılan qrantların statistikasının açıqladığını yazır. Qəzet həmin məlumatalara istinadən yazır ki, “Dövlət Neft Şirkəti ilə “Partnyor” elmin inkişafına dəstək ictimai birliyinə “ dörd milyon yüz yeddi min səkkiz yüz manat qrant ayırıb ki, bunun da 3 milyon manatı “Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə ayrılıb.

“SADƏCƏ BU XƏBƏR MƏTBUATA GEC ÇIXIB”

“Biz İlham Əliyevi təkcə indi dəstəkləmirik, həmişə dəstəkləmişik və bundan sonra da belə olacaq”. Bunu “Media forum” saytına müsahibəsində həbsdə olan sabiq nazir Fərhad Əliyevlə biznesmen Rafiq Əliyevlərin qardaşı Əlipənah Əliyev deyib.

Əlipənah Əliyev hesab edir ki, qardaşının əfv müraciətinə bu dəfə müsbət cavab veriləcək. O, qardaşlarının nə vaxt əfv ərizəsi yazmasına da aydınlıq gətirib.

Deyib ki, qardaşları əfv ərizəsini seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklərini bəyan etməzdən əvvəl yazıblar, sadəcə bu xəbər mətbuata gec çıxıb.

400 MİN GƏNC İTİB?

MSK-nın binası
MSK-nın binası
“Bizim yol” qəzeti MSK-nın (Mərkəzi Seçki Komissiyası) açıqladığı seçici statistikasında ciddi məqamların olduğunu yazır.

“MSK-nın məlumatına görə, ilk dəfə səs verəcək gənclərin sayı 500 minə yaxındır. Onlardan təxminən 70 mini seçkilərdə ilk dəfə səsvermə hüququ qazananlardır”.

Qəzet açıqlanan rəqəmləri statistika komitəsinin məlumatları ilə müqayisə edərək yazır ki, həmin statistikaya görə “Azərbaycanda 400 min gənc “yoxa çıxıb””.

EXİT-POLLU KİM KEÇİRƏCƏK?

“AzərTAc” 9 oktyabr prezident seçkilərində exit-poll keçirəcək təşkilatın məlum olduğunu yazır.

Agentlik exit-polla bağlı elan olunan tenderə 9 QHT-nin müraciət etdiyini yazır.

“”Proqnoz” Müstəqil Sosioloji Araçdırmalar Mərkəzi tenderin qalibi olub”

Məlumatda qalib şirkətin 125 dairədə exit-poll keçirəcəyi bildirlir.

TEXNİKİ BAXIŞ SÜRÜNDÜRMƏÇİLİYİNİN CƏZASI SƏRTLƏŞİR

“Avtomobillərin texniki baxışın keçirilməsində süründürməçiliyə yol verənlər və yaxud digər qanunsuz əməllər törədənlər cəzalandırılacaqlar”.

APA-ya Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 154.2 maddəsinə dəyişiklik edilir.

Milli Məclis
Milli Məclis
​Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə 150 manatdan 200 manatadək miqdarda cərimə edilir”.

“HAKİMİYYƏTİ İÇƏRİSİNDƏN SİLKƏLƏYİRLƏR”

“Yeni Müsavat” yazır ki, hakimiyyəti içərisindən silkələyirlər. Qəzet bununu son vaxtlar baş verən hadisələrlə əsaslandırır.

“İddialarımızı namizədlərin debatında Cəmil Həsənliyə qarşı hücumlar, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimlinin həbsi və sentybarın 22-də axşam AXCP sədri Əli Kərmlinin oğlunun saxlanması təsdiqləyir... Bura prezidentliyə namizəd İqbal Ağazadənin Ağstafadakı seçki mitinqini əlavə etsək mənzərə daha da aydınlaşar”.
XS
SM
MD
LG