Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:52

Rouhani yəhudi soyqırımını tanıdı. Guya...


İranın prezidenti Hassan Rouhani Tehranda ABŞ-ın NBC telekanalının əməkdaşı Ann Curry-ya müsahibə verərkən. 18 sentyabr 2013
İranın prezidenti Hassan Rouhani Tehranda ABŞ-ın NBC telekanalının əməkdaşı Ann Curry-ya müsahibə verərkən. 18 sentyabr 2013

Şərhçilər təsəlli tapırlar ki, o, Holokostu - faşistlərin yəhudilərə qarşı soyqırımını - ən azı xələfi Mahmoud Ahmadinejad kimi mif adlandırmayıb.

Beləliklə, İranın yeni prezidenti Hassan Rouhani yəhudilərin faşistlər tərəfindən kütləvi qətliamını “pislənməyə layiq hadisə” adlandırmaqla, Holokostun Tehran tərəfindən 8 illik inkarına son qoyub.

BMT Baş Assambleyasındakı barışdırıcı nitqindən sonra Rouhani CNN telekanalında məşhur jurnalist Christiane Amanpoura müsahibəsində bildirib ki, Holokost həqiqətdə olub və pislənməyə layiq hadisədir.

“Mən həmişə demişəm ki, tarixçi deyiləm, Holokostun ölçülərinə gəlincə isə, buna qiyməti tarixçilər verməlidirlər” - deyib Rouhani.

Rouhani bacardığı bəyanatı verib

Daha sonra Hassan Rouhani əlavə edib:

“Lakin ümumiyyətlə, deməliyəm ki, tarixdə, faşistlərin yəhudilərə və ya qeyri-yəhudilərə qarşı cinayətləri də daxil olmaqla, bəşəriyyətə qarşı bütün cinayətlər pislənməli və lənətlənməlidir. Yəhudilərə qarşı nə cinayət törədilibsə, biz də onu pisləyirik”.

Mətbuat yazır ki, Rouhaninin qeydləri İranın keçmiş prezidenti Ahmadinejadın Holokostla bağlı verdiyi qızışdırcı və inkarçı bəyanatlarla kəskin ziddiyyət təşkil edir.

Ahmadinejad dəfələrlə Holokostu mif və Qərbin uydurması adlandırıb.

Keçmiş İran prezidenti bildirirdi ki, “saxta yəhudi soyqırımı işğal olunmuş Fəsələstin ərazilərində İsrail dövlətinin qondarılması üçün uydurulub”.

Holokost kimi işğal da pislənməlidir

İsraildə İran siyasəti üzrə mühazirəçi Meir Javedanfar deyir ki, Rouhani hazırda onun üzərinə qoyulmuş siyasi və mədəni çərçivələr hüdudunda bəyanat verib:

“O rəqəmləri sual altına alır, hərçənd bu tamamilə legitim arqumentdir, 6 milyon insanın öldürüldüyünü demir, amma bildirir ki, nə sayda adam öldürülübsə - 6 milyon və yaxud da bundan az - cinayət sayılmalıdır”.

Alimin fikrincə, bu məsələdə Rouhani ali dini rəhbər Ayətullah Ali Khameneini və başqa mühafizəkarları qəzəbləndirməyəcək qədər uzağa gedib.

CNN telekanalına müsahibəsində İran prezidenti bunu da vurğulayıb ki, Holokostun qəbul edilməsi, Fələstinin İsrail tərəfindən işağılna da razılaşmaq demək deyildir.
“Elə bu hərəkətin özü də pislənməyə layiqdir” – deyib Rouhani.

Bəzi müşahidəçilərin fikrincə, Hassan Rouhani BMT-nin Nyu York sammitinə Amerikanın baş müttəfiqi İsraili və ABŞ-dakı yəhudi lobbisini tərksilah etmək üçün hazırlıqlı gedib.

Bu səfərdə onu İran Milli Məclisinin yeganə yəhudi deputatı Siamak Moreh Sedgh də müşaiyət edir.
XS
SM
MD
LG