Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:20

Dunja Mijatovic Azərbaycan hakimiyyətini jurnalistləri azad etməyə çağırır


Dunja Mijatovic
Dunja Mijatovic
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azərbaycan hakimiyyətini ölkədə jurnalistlərin təqib olunmasına son qoymağa çağırıb.O belə bəyanatla sentyabrın 27-də “Tolışi sədo” qəzetinin baş edaktoru Hilal Məmmədovun 5 il azadlıqdan məhrum edilməsindən sonra çıxış edib.

Bəyanatda deyilir: "Mən 2012-ci il noyabrında Bakıda səfərdə olarkən Hilal Məmmədov və həbsdə olan digər jurnalistlərə baş çəkmişəm və hakimiyyət qarşısında bununla bağlı məsələ qaldırmışam. Amma Azərbaycanda mediya qarşı ədavətin daha da artması məni məyus edir”

“Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov, sentyabrın 27-də 5 il azadlıqdan məhrum edilib.
Məhkəmə, onu dövlətə xəyanət, milli ayrı-seçkilik salmaq və narkotik alverində, təqsirli bilib.

Vəkillər hökmün qanunsuz və bunun onun peşə fəaliyyıəti ilə bağlı olduğunu deyirlər.

Dunja Mijatovic həmçinin Bizim Yol qəzetinin jurnalisti Pərviz Həşimli və P.S Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə qarşı irəli sürülən ittihamlar barədə narahatlığını bildirib və hakimiyyəti Hilal Məmmədov və digər jurnalistlərə qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə , onları azad etməyə" çağırıb.

Dunja Mijatoviç xüsusi ilə prezident seçkiləri ərəfəsində Azərbaycanda müstəqil media ətrafında müşahidə olunan neqativ hadisələrdən dərin narahat olduğunu bildirir.
XS
SM
MD
LG