Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

ABŞ hökuməti konqresə görə bağlandı


-
Hökumətin «bağlanması» sırf Amerika termindir və əlbəttə hökumətin fəaliyyətini tamamilə dayandırması sayılmır.

Bill Clinton
Bill Clinton
​Bununla, hökumətin müəyyən idarələri müəyyən müddətə qulluqçulara və məmurlara işə gəlməməyi tapşırır.

Son dəfə belə hadisə 17 il bundan əvvəl baş verib.

1995-in axırlarında, 1996-nın əvvəllərində hökumət idarələri 21 gün bağlı qalmışdı. Həmin vaxt da bu taktikaya Bill Clinton-u hökumət xərclərini azaltmağa məcbur etmək məqsədilə Republikaçılar Partiyası əl atmışdı. Lakin o vaxt həmin taktika əks nəticə vermiş və Clinton növbəti il asanlıqla prezident seçilmişdi.

Bu dəfə hökumət idarələrinin bağlanmasına səbəb Konqreslə prezident arasında baş verən ixtilafdır.

Barack Obama özünün «Obamacare» kimi tanınan səhiyyə layihəsindəki imzasından imtina etmədiyinə görə bu layihənin əleyhinə olan Konqres əksəriyyəti hökumətə büdcə ayırmalarını dayandırıb.

Bu isə o deməkdir ki, təxminlərə görə 700 min federal hökumət işçisi qeyri-müəyyən müddətə maaşı ödənilməyən məzuniyyətə göndərilir.

RESPUBLİKAÇILAR ŞƏRT QOYUBLAR

Ötən gecə bir neçə səsvermə zamanı respublikaçılar bildiriblər ki, onlar hökumətin maliyyələşdirilməsini bərpa edə bilərlər. Lakin irəli sürülən şərtə görə bunun üçün hökumət prezident Obamanın səhiyyə qanunun icrasını bir il təxirə salmalıdır. Bu qanunun əsas maddələri artıq bu gündən qüvvəyə minib.

Cənab Obama mövqeyində möhkəm dayanıb və respublikaçıları partiyanın sağ təmayüllü hissəsinin arzularına uymaqda günahlandırıb.

İndiki halda hökumətin bağlanması bütün federal qulluqçu qüvvəsinin üçdə birinin fəaliyyətini dayandırması deməkdir.

Məsələn NASA işini tamamilə dayandıracaq. Əsas güc departamentləri, Dövlət Departamenti də daxil olmaqla «qeyri-zəruri» əməkdaşların evdə qalmağı tapşıracaq.

Ötən gecəyarısı hökumətə aid saytlar işini dayandırıb və prezidentin hərbi qulluqçulara əvvəlcədən yazılmış müraciətində bəyan edilib ki, «Konqres öz vəzifəsini yerinə yetriməkdən boyun qaçırır».

B. Obama kabinetində telefonla danışan zaman
B. Obama kabinetində telefonla danışan zaman
Ekspertlər bildirirlər ki, federal hökumət ölkənin ən böyük büdcə təşkilatıdır və onun dondurulması ABŞ iqtisadiyyatına ağır zərbə vura bilər.

Artıq ötən gün okeananın hər iki tayındakı birjalarda əsas göstəricilər, o cümlədən dolların məzənnəsi enib.

ƏRKÖYÜN KİMDİR?


İndi siyasi qarşıdurma yeni və kritik mərhələyə, «gözlə görək» mərhələsinə qədəm qoyur. Hər iki tərəf hökumətin bağlanmasında kimin günahkar olduğuna dair ictimai rəyi izləyəcək.

Cənab Obama və demokratlar ümid edirlər ki, respublikaçılar ictimaiyyətin hiddəti ilə qarşılaşacaqlar və mühafizəkarlar nəticədə əziləcəklər.

CNN/ORC-nin keçirdiyi son rəy sorğusuna görə, amerikalıların 46 faizi hökumətin bağlanmasında Konqresdəki respublikaçıları günahlandırır. 36 faiz bunun Barack Obamanın mövqeyi ucbatından baş verdiyini düşünür. Rəyi soruşulanların 69 faizi bu qənaətdir ki, respublikaçılar «özlərini ərköyün uşaq kimi» aparırlar.
XS
SM
MD
LG