Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Böyük Britaniya da ATƏT deyəni deyir


David Lidington
David Lidington
-
Böyük Britaniyanın Avropa üzrə naziri David Lidington DTİHB-nin narahatlığını bölüşür. Oktyabrın 11-də onun adından yayılmış bəyanatda nazir qeyd edir ki, ATƏT/DTİHB-nin ilkin nəticələrini nəzərə alır:

«Bu hesabatda MSK-nın texniki hazırlığı və vətəndaş müşahidəçiliyi kimi müsbət aspektlər qeyd olunsa da, bir sıra ciddi qüsurlar da vurğulanıb. Buraya söz, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər; kampaniya dövründə namizədlər və jurnalistlərin qorxudulması iddiaları və seçki günündə ciddi problemlər daxildir».

«Hesabatın müsbət məqamları və səsvermənin dinc keçməsini alqışlasam da, DTİHB-nin seçkinin Azərbaycanın ATƏT öhdəliklərinə tam uyğun gəlməməsinə dair narahatlığını bölüşürəm. Missiyanın yekun hesabatını gözləyirəm və Azərbaycan hökumətini ATƏT/DTİHB-nin tövsiyələrini yerinə yetirmək üçün əməkdaşlığa çağırıram».

Bəyanatda o da vurğulanır ki, Azərbaycan Böyük Britaniyanın mühüm tərəfdaşıdır və Britaniya hökuməti demokratik keçidində Azərbaycana dəstək verməyə hazırdır.
XS
SM
MD
LG