Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Biryulyovo qətlində şübhəli bilinən O. Zeynalov saxlanıb


Polis Orxan Zeynalovu həbs edib
Polis Orxan Zeynalovu həbs edib
-
Rusiya polisi Orxan Zeynalovu Moskva ətrafındakı Kolomne yaşayış məntəqəsində həbs edib.

Rusiya DİN-dən Rita-Sita agentliyinə detallar barədə məlumat verilməyib. Ancaq onu deyiblər ki, yaxın vaxtlarda Orxan Zeynalov Moskvaya gətiriləcək.

***
Moskvada Biryulevoda Yeqor Sherbakov adlı gəncin qətlində şübhəli bilinən əslən Azərbaycandan olan , 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalovdur.
Bunu RİA “Novosti” agentliyinin məlumatına görə, Rusiya DİN-in Moskva üzrə Baş İdarəsi bildirib.

OrxanZeynalov

İnterpol Bakı Orxan Zeynalovun axtarışıyla bağlı məlumatı nə təsdiq, nə də təkzib edir. AzadlıqRadiosuna bildirilib ki, axtarışlarla bağlı məlumatları bölüşə bilməzlər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, belə bir şəxs indiyədək axtarışda olmayıb. Həmçinin bildirlilər ki, Rusiya tərəfi heç bir rəsmi müraciət ünvanlamayıblar.
Maraqlıdır ki, qətldə şübhəli bilinən Orxan Zeynalovun adını və keyfiyyətli çəkilmiş şəklini “Life News” adlı rus nəşri polisdən qabaq verib.

Mənzilində bir otağı Orxan Zeynalova kirayə verən Aleksey Pronkin ““Life News” –a deyib ki, “biz videonu və internetdə fotonu görəndə zarafatla Orxandan soruşduq ki, bu, o deyil ki? O bizimlə birlikdə güldü və öz otağına keçdi. O, otaqda xeyli qaldı. Sonra otaqdan çıxdı və dedi ki, bir-iki günlüyə mal dalınca gedir.”

Pronkin deyib ki, Orxan gedəndən sonra onlar daha keyfiyyətli videonu görüblər və bu dəfə Orxanı tanıyıblar.

Aleksey Pronkinin dostu olan Rüstəm Məmmədov deyib ki, o hərdən Orxanla birlikdə içirmiş. Onun fikrincə, Orxan içkili olanda özünü adekvat aparmırdı, aqressiv olurdu. Rüstəm Məmmədovun fikrincə, Orxan içkili vəziyyətdə adam öldürə bilərdi.
Rüstəm Məmmədov onu da deyib ki, Orxan Moskvaya 10 il olar ki, gəlib.

Rusiyanın Newsru.com saytının polisdə olan mənbəsi bildirib ki, Orxan Zeynalov Moskavaya bir neçə il qabaq gəlib. O, bir neçə tərəvəz dükanı olan öz əmisinin və ya dayısının yanında işləyirmiş. Orxan Zeynalov tərəvəzləri daşımaqla məşğul imiş.

İstintaq materiallarına görə, oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Sherbakov öz sevdiyi qızla evə qayıdırmış, onda bir xarici əvvəlcə qıza sataşıb, Yeqor qızı müdafiə edəndə isə ona bir neçə bıçaq zərbəsi endirib. Sherbakov “təcili yardım” gələnə kimi keçinib.

DİN-in Moskva üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin deyib ki, hazırda Zeynalovun axtarışı ilə Moskvanın ən yaxşı müstəntiqləri məşğuldur.

O həmçinin bildirib ki, Azərbaycanda da Orxan Zeynalov qətlə görə axtarışdadır. Yakunin, məlumatlara görə, belə bir ifadə işlədib ki, o, “axtarışdadır və yenə qətlə görə”.

Ehsan Zahidov Rusiya rəsmilərini təkzib edir
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid


Bu o deməkdirmi ki, Orxan Zeynalov Azərbaycanda da qətl törədibmiş?
Ehsan Zahidov
Ehsan Zahidov

Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Azadlıq Radiosuna deyir ki, “Azərbaycanda Orxan Zeynalov adında adam qətlə görə axtarışda yoxdur.”

Və hətta Ehsan Zahidov Rusiyanın Orxan Zeynalovla bağlı Azərbaycana müraciət etməsinin də həqiqətə uyğun olmadığını deyir:

“Rusiyanın Daxili İşlər Nazirliyi Orxan Zeynalovla bağlı indiyə kimi bizə müraciət etməyib. Sözsüz ki, müraciət etsələr, bu müraciətə baxılacaq”.

YeniSəs.ru saytının baş redaktoru Tünzalə Vəliqızı Azadlıq Radiosuna deyib ki, Azərbaycan DİN-in Rusiya nümayəndəsi, polis polkovniki Eldar Səmədovun verdiyi məlumata görə, Orxan Zeynalov Şəmkirin Seyfəli kəndindəndir. O, şübhəli şəxs qismində axtarılır.
XS
SM
MD
LG