Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

M. Qurbanlı: «Azərbaycan cəmiyyəti bu radikalizmi rədd edir»


 Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
“Azərbaycanda müxalifətin radikal qanadı bu seçkilərdə tam iflasa uğradı. Çünki Azərbaycan cəmiyyəti bu radikalizmi rədd edir. Radikalların hay-küy qaldırmalarına baxmayaraq, reallıq göz önündədir. Cəmil Həsənlinin təbliğat kampaniyasının nə qədər uğursuz olduğu aydın göründü”.

Bunu oktyabrın 18-də yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı müxalifətin keçirdiyi mitinqlərdən də danışıb:

“Radikallar seçki dövründə bir neçə dəfə mitinq keçirməyə cəhd göstərdi. Əslində, bu mitinq deyildi, çünki az sayda insan həmin tədbirlərə gələrək hay-küy qaldırırdılar. Bu aksiyadakıların sayı o qədər az idi ki, seçicilərin sayı ilə müqayisədə o qədər aşağı idi ki, seçkilərin nəticələrinə hər hansı təsiri ola bilməzdi. Ona görə də, onların seçki kampaniyası dövründə uğursuzluğu seçkidən sonra da davam etdi”.

YAP icra katibinin müavini deyib ki, “bu seçkiyə "Milli şura" deyilən qurumun kölgə salmaq cəhdi elə beşiyindəcə iflasa uğradı. Cəmiyyətdə hər hansı reaksiya olmadı, onların özləri deyib özləri də eşitdilər. Seçkidən sonrakı mitinq də fiaskoya uğradı. Əgər bunu mitinq hesab edirlərsə, ona mən bilmirəm ki, əsl mitinq necə olur”.
XS
SM
MD
LG