Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

Yazıçılar Nobel mükafatını nəyə xərcləyib?


Mixail Şoloxov (sağda). Ortada Azərbaycan yazıçısı Əkrəm Əylisli.
Mixail Şoloxov (sağda). Ortada Azərbaycan yazıçısı Əkrəm Əylisli.
-

Yazıçıya 1 milyon verəndə...


Mixail Şoloxov

Rus yazıçısı Mixail Şoloxov 1965-ci ildə aldığı Nobel mükafatını dünya səyahətinə xərcləyib. “Atam 1941-ci ilin Stalin mükafatını Müdafiə Fonduna keçirmişdi, Lenin mükafatını vaxtilə oxuduğu məktəbin təmirinə vermişdi, Nobel mükafatını isə özünə saxladı. O həmin pulu bizə – uşaqlarına Avropanı və Yaponiyanı göstərməyə sərf etdi. Biz maşınla İngiltərəni də, Fransanı da, İtaliyanı da başdan-başa gəzdik” – deyə yazıçının qızı Svetlana xatirələrində yazırdı.


İvan Bunin

Rus yazıçısı İvan Bunin mükafatı 1933-cü ildə almışdı. Buninlər ailəsinin dostu, şair, nasir Zinaida Şaxovskaya öz memuarlarında yazır ki, bir balaca praktiki xərcləsəydilər, mükafatın pulu onların ömürlərinin sonuna qədər yetərdi:
İvan Bunin
İvan Bunin

“Amma Buninlər nə mənzillər, nə də villalar aldılar... Fransaya qayıdan İvan Alekseyeviç... gəlirini-çıxarını hesablamadan məclislər qurmağa, emiqrantlara “müavinət” verməyə, müxtəlif cəmiyyətlərə iyanə paylamağa başladı. Nəhayət, qalan vəsaiti bəzi xeyirxah adamların məsləhəti ilə “yüzdə-yüz gəlir gətirəcək iş”ə yatırdı, o pullar da belə getdi”.


Rene Fransua Arman Sülli-Prüdom

Ədəbiyyat üzrə ilk Nobel mükafatı fransız şairi Sülli-Prüdoma verilmişdi (1901).

Bu pulla o öz adını əbədiləşdirməyə yönələn layihəyə start verir – öz adına mükafat təsis edir. “Sülli-Prüdom adına poeziya mükafatı”.

Mükafat şairin ölümünə qədər – cəmi 6 il verilir...


İrme Kerteş
Imre Kertecz
Imre Kertecz

2002-ci ilin Nobelçisi mükafat pullarını xərcləmək ixtiyarını həyat yoldaşına vermişdi:

“Mənimlə birgə guşənişin və yoxsul yaşadığı onilliklərə görə həyat yoldaşım mükafat pullarını kefi istədiyi kimi xərcləmək haqqı qazanıb. Qoy özünə nə qədər istəyir pal-paltar, bər-bəzək alsın” - deyə İrme Kerteş mətbuata bildirmişdi.


Elfriede Jelinek

Avstriya dramaturqu, nasiri Elfriede Jelinek Nobeli 2004-cü ildə alıb. “Mükafat pulları sizin üçün nə deməkdir” – sualına o, “maliyyə müstəqilliyi” cavabını vermişdi.


Orxan Pamuk

Türk yazar mükafatın bir hissəsini İstanbulda öz “Məsumiyyət muzeyi” romanı əsasında yaratdığı eyni adlı muzey üçün binanın alınmasına, dizaynına, eksponatların hazırlanmasına xərcləyib.

Forbes.ru-nun materialları əsasında oxuzali.az
XS
SM
MD
LG