Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Cəmil Həsənli İlham Əliyevdən hesabat istəyir


Cəmil Həsənli
Cəmil Həsənli
. 5 noyabr media icmalı

«ATƏT-in Varşava bürosunun seçkilərə verdiyi rəyə görə, hakimiyyət özündə güc tapıb seçkilərin nəticələrini ləğv etməli idi. Özünə hörmət edən hakimiyyət məhz bu addımı atmalıydı».
Bunu «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli deyib.
Cəmil Həsənli bildirib ki, «9 oktyabr seçkilərinin qeyri-legitimliyi Azərbaycanın başı üzərindən həmişə asılacaq. Bu seçkilərdən sonra qabağa getmək mümkün olmayacaq. Azərbaycan vətəndaşı neçə illərdir ki, avtoritarizm, qorxu şəraitində yaşayır. Siyasi fəalların, möminlərin cibinə silah, narkotik atılır. Və vətəndaş öz hakimiyyəti tərəfindən repressiyalara məruz qalır. Sülalə rejimləri tək Azərbaycanda deyil, hər yerdə hakimiyyətdən getməlidir. İlham Əliyevin də yaratdığı rejim sülalə rejimidir».

Cəmil Həsənli əlavə edib ki, hakimiyyət işğal olunmuş Azərbaycan torpaqlarının 20 il ərzində azad olunmamasının, İlham Əliyev isə 10 il ərzində azad olunmamasının hesabatını verməlidir.
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN «İMKAN PƏNCƏRƏSİ»
James Warlick
James Warlick
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir müddət əvvəl mümkün olmayan «imkan pəncərəsi» açılıb.
Bunu Trend-ə müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri James Warlick bildirib.
Həmsədrin sözlərinə görə, vasitəçilər Azərbaycanda və bundan öncə Ermənistanda keçirilən prezident seçkilərindən sonra yeni imkanlar yarandığını görərək, prezident İlham Əliyevlə danışıqlar aparıblar və Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlar aparacaqlar:
«Hesab edirəm ki, hər iki ölkənin - Azərbaycan və Ermənistanın əhalisi sülhə və əmin-amanlığa layiqdir. Biz buna bir yol tapmalıyıq. Mənim həmsədr kimi bu işi öhdəmə götürməyimin səbəbi sülhə aparan yolu tapmağın mümkünlüyünə əminliyimdir».
KİÇİK DƏHNƏDƏ BÖYÜK PROBLEMLƏR
«Bizim Yol» qəzeti yazır ki, Şəkinin Kiçik Dəhnə kəndində əhalinin həyatı ötən əsrin əvvəllərini xatırladır:
«Əhalisinin sayına görə rayonda ən böyük kənd olan Kiçik Dəhnənin sakinləri problemlər içində itib-batıb. Əsas magistraldan çox da uzaqda olmasa da kəndə bu günə qədər nə su, nə də mavi yanacaq çəkilib. Kəndin yolları da bərbad vəziyyətdədir».
İlham Əliyev
İlham Əliyev
Sakinlərin dediyinə görə, bu problemlər çoxdan həllini tapardı, ancaq bələdiyyə və icra nümayəndəliyi onları görməzdən gəlməsəydi.
«AZƏRBAYCAN DAHA BÖYÜK UĞURLARA İMZA ATACAQ»
«Yeni Azərbaycan» qəzeti deputat Rauf Əliyevin müsahibəsini dərc edib.

Rauf Əliyev deyib ki, «xalqımız bu seçkilərdə də Heydər Əliyev siyasətinə səs verdi. Doğru seçim edən xalqımız məsulliyyətli qərarı verərkən öz inkişafına, sabitliyinə, əmin-amanlığına səs verdi. Azərbaycanda bu sabitliyin, əmin-amanlığın və inkişafın qarantı Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevdir».
AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN ORTAQ TELEVİZİYASI – SÜLH TV
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan gənclərinin birgə layihəsi olan televiziya fəaliyyətə başlayacaq.
Bu barədə «Qafqazinfo»ya Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı xəbər verib. Onun sözlərinə görə, «Sülh TV» adlanan televiziya internet üzərindən yayımlanacaq.
Ramin Hacılı bildirib ki, bu layihə Amerikanın Marşal fondu ilə birgə həyata keçiriləcək:
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
«Layihə çərçivəsində sülhlə bağlı filmlər çəkiləcək və Sülh TV-də yerləşdiriləcək. Layihəyə Ermənistan Avropa Hərəkatı, Türkiyə Avropa Hərəkatı, Gürcüstan Avropa Hərəkatı və Beynəlxalq Avropa Hərəkatı qoşulur».
ARDNŞ TANAP LAYİHƏSİ ÇƏRÇİVƏSINDƏ TORPAQ SEÇİR
«Transanadolu qaz kəmərinin tikintisi layihəsi çərçivəsində kəmərin çəkilişi üçün torpaq seçimi başlayıb».
Turan agentliyi yazır ki, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, kəmərin marşrutu boyu ARDNŞ geoloqları işləyir. Rövnəq Abdullayev deyib ki, hazırda layihə çərçivəsində mühəndislik işləri həyata keçirilir.
TANAP «Şahdəniz» yatağının «Mərhələ 2» layihəsi çərçivəsində Azərbaycan qazının Gürcüstan- Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə nəqli üçün nəzərdə tutulub. Kəmərin uzunluğu 1800 km, buraxılış qabiliyyəti ilkin olaraq 16 mlrd m3 olacaq. Bunun 10 mlrd-ı Avropaya, 6 mlrd Türkiyənin qərbinə veriləcək. TANAP layihəsi 12 mlrd dollar qiymətləndirilir.
XS
SM
MD
LG