Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:37

Britaniyada "Azərbaycanın dostları"ndan olan millət vəkili korrupsiya ittihamları ilə üzləşib


Britaniyadan olan millət vəkili Brian Binley, "The Telegraph" qəzetindən görüntü.
Britaniyadan olan millət vəkili Brian Binley, "The Telegraph" qəzetindən görüntü.
Britaniya mətbuatı ölkə parlamentinin bir üzvünün dövlət hesabına Maltaya səfərindən yazır.

Bu xoşməramlı səfər iki il bundan əvvəl Britaniyanın bəzi millət vəkillərinin Azərbaycana qalmaqallı səfərlərini xatırladır.

Millət vəkili Brian Binley bir Malta bankının təşkil etdiyi konsertə və dəbdəbəli ziyafətə dəvət edilibmiş.

Korrupsiya barədə zarafat

Britaniya mətbuatı yazır ki, həmin ziyafət zamanı cənab Binley ev sahibliyi edən yerli siyasətçilərdən birinə zarafatla pıçıldayıb: “Görürsünüz də, biz hamımız tamamilə korrupsiyalaşmışıq”.

Qəzetlər yazırlar ki, “mühafizəkarlar partiyasından olan millət vəkili səfər ərzində feyziyab olduğu lütfkarlıqlar” barədə bir neçə bu cür “ciddi” zarafat edib. Başqa sözlə, çox ciddi məsələni zarafata salıb.

Məsələn, daha bir şəxsi ziyafət zamanı bir biznes adamı ilə söhbətində millət vəkili deyib ki, “parlament üzvləri həmişə bu şəkildə dilənçilik edirlər” və “siyasi müftəxordurlar”.

Cənab Binley Maltanın “Bank of Valetta” bankının verdiyi içki qonaqlığından sonra, ölkə paytaxtında, açıq havada, Britaniyanın məşhur X Factor mahnı yarışının finalçılarından Rebecca Ferguson və Malta tenoru Joseph Calleja-nın iştirakı ilə konsertdən də feyziyab olub.

Britaniya mətbuatı yazır ki, bu tədbirlərin hamısında “məxfi təhqiqat jurnalisti” iştirak edib.

Bu səfər zamanı cənab Binley ilə birlikdə onun başqa bir partiyadaşı Mark Pritchard da olub. Onların hər ikisi Malta üçün lobbiçilik edən parlament qrupunun üzvləridirlər.

VİP qonaqlığında onlar Maltanın baş naziri Joseph Muscat, hökumətin başqa nazirləri, Avropa Parlamentinin üzvləri və həmin bankın icraçı direktorları ilə görüşüblər.

Mətbuat yazır ki, tədbir üçün biletlərin pulunu “Bank of Valletta” ödəyib, hərçənd cənab Pritchard bir dostundan daha iki bilet alıb.

Cənab Binley yerli biznesmenlərdən birinə deyib kİ, Britaniyaya qayıdanda tədbirin təşkilatçısı barədə tərifli bəyanatlar verəcək.
daha bir şəxsi ziyafət zamanı bir biznes adamı ilə söhbətində millət vəkili deyib ki, “parlament üzvləri həmişə bu şəkildə dilənçilik edirlər” və “siyasi müftəxordurlar”.

“Söhbət Malta bankından gedir, elə deyilmi?..Bağışlayın, “Bank of Valetta”dan…Biz deyəcəyik ki, bu, necə də gözəl bir təşkilatdır” – deyib millət vəkili.

İnsafən o, ev sahiblərinə deyib ki, onlar Londona gəlsələr, bu qonaqpərvərliyin əvəzini çıxacaq.

“The Daily Telegraph” qəzeti yazır ki, cənab Pritchard xarici rəsmilər və nazirlərlə biznes sövdələşmələri üçün öz siyasi əlaqələrindən istifadəni təklif edib.

Qəzet yazır ki, bunun müqabilində millət vəkilinə yüz minlərlə funt sterlinq ödənə bilər.

Cənab Pritchard deyib ki, o, “Davranış Kodeksini” pozmayıb və biznes əlaqələri onun parlamentdəki işi ilə bağlı deyil.

Beşulduzlu oteldə beş gün

Mətbuat yazır ki, cənablar Binley və Pritchard ötən yay Maltada beş gün olublar.
Xəbər verilir ki, cənab Binley Maltanın populyar turist kurortu olan St George körfəzində, 5-ulduzlu otellərdən birində qalıb.

Gecəsi 400 avro olan otelin işçilərinə bu iki centlmenin VİP qonaqlar olduğu tapşırılıb.
Jurnalistlərdən biri cənab Binley-dən bu səfərin kim tərəfindən maliyyələşdirildyini soruşanda, o deyib ki, səfər vergiödəyəninin hesabına sponsorlaşdırılıb.

“Bunun çoxu dövlət büdcəsindən ödənib. Yeri gəlmişkən, Avropa İttifaqının hesabından” – deyib millət vəkili.

Cənab Pritchard isə jurnalistlərə bildirib ki, bu səfəri etməyə dəyərdi, çünki Maltada yeni hökumət iş başına gəlib, “onlar bizi, biz də onları tanımalıyıq. Mən bu barədə baş nazirə hesabat verəcəyəm”.

Mətbuat yazır ki, millət vəkilləri Maltanın yenicə seçilmiş baş naziri və onun xanımı ilə görüşdə özlərini “iki nəfərlik nümayəndə heyəti” adlandırıblar.

“Aman Allah, bu ki, lap qiyamətdir!” – deyib baş nazir xanımı.

Baş nazirin xanımı hətta zarafat edib və qəhqəhə ilə deyib ki, “iki nəfərə qulluq etmək daha yaxşıdır, sizə daha çox lütfkarlıq payı düşəcək”.

Mətbuat yazır ki, millət vəkili Binley həmçinin 2009-cu ildə parlament xərcləri ilə əlaqədar qalxmış qalmaqalın ortasında olub.

O vaxt cənab Binley Londonun mərkəzində parlamentə yaxın olmaq üçün “kirayələdiyi” mənzilə dövlət büdcəsindən 58 min funt sterlinq pul almışdı. Halbuki həmin mənzil BCC Marketing adlı şirkətə məxsus idi.

...millət vəkilləri Maltanın yenicə seçilmiş baş naziri və onun xanımı ilə görüşdə özlərini “iki nəfərlik nümayəndə heyəti” adlandırıblar...

Baş nazirin xanımı hətta zarafat edib və qəhqəhə ilə deyib ki, “iki nəfərə qulluq etmək daha yaxşıdır, sizə daha çox lütfkarlıq payı düşəcək”.
Həmin BCC Marketing ki, cənab Binley və xanımı bu şirkətdə adama 20 faiz paya malikdirlər. Onların oğlu da həmin şirkətdə 20 faiz paya sahibdir.

Britaniya mətbuatı bu barədə yazdıqdan sonra parlamentin davranış komitəsi ondan rəsmi qaydada üzr istəməsini tələb etmişdi.

Cənab Binley 2011-ci ildə həmin mənzildən çıxmış və ev 455 min funt sterlinqə satılmışdı.

Millət vəkili öz növbəsində Mətbuatdan Şikayətlər Komissiyasına müraciət etmiş, “The Daily Telegraph” qəzetinin onu “milyonçu” adlandırdığı üçün cəzalandırılmasını istəmişdi.

Cənab Binley ötən ay öz namizədliyini Nümayəndələr Palatası spikerinin müavini vəzifəsinə irəli sürsə də, səsvermədən keçməyib.

Azərbaycanın “dostları”

Burada mətbuat yazılarında sözü gedən digər millət vəkili Mark Pritchard haqqında onu demək olar ki, o da kifayət qədər fəal deputatdır.

Mark Pritchard 2008-ci ildə Azərbaycan səfirliyinin enerji və təhlükəsizlik mövzusuna həsr olunmuş müzakirəsində iştirak edib, hərçənd onu başqa həmkarları kimi “Azərbaycanın fəal dostu” adlandırmaq çətindir.

Britaniya parlamentinin bir sıra millət vəkillərinin üzv olduğu “Azərbaycanın mühafizəkar dostları” qrupu isə rəsmən mövcuddur.

Məhz bu qrupa daxil millət vəkillərindən bəziləri 2011-ci ildə indikinə bənzəyən qalmaqala düşmüşdülər.

Həmin vaxt mühafizəkar deputatlardan biri Londondakı Avropa Azərbaycan Cəmiyyətindən ildə 6 min funt sterliq məvacib almaqda ittiham edilirdi.

Mark Field Azərbaycanın fövqəladə hallar nazirinin oğlu Tale Heydərovun rəhbərlik etdiyi cəmiyyətin məşvərət şurasının üzvü idi.

O vaxt leyborist millət vəkilləri parlamentin təhlükəsizlik komitəsinin üzvü olan Mark Field-in “yeni vəzifəsinin” onun əsas işinə uyğun gəlmədiyini söyləyirdilər.

Cənab Field həmçinin “Britaniya parlament partiyalarının Azərbaycan qrupunun” sədri idi.

Qəzetlər yazırdılar ki, cənab Field bir neçə dəfə Azərbaycanın qonağı olub və hətta bir dəfə 2010-cu ilin iyulunda Bakıda keçirilən NATO konfransında çıxış edib.

Bu da iddia olunurdu ki, Azərbaycan hakim ailəsinin dostu kimi tanınan şahzadə Andrew Field-lə Bukingem sarayında görüşüb və birbaşa baş nazirə çıxışı olan millət vəkilindən parlamentdə Azərbaycanı dəstəkləməsini rica edib.

Mətbuat yazır ki, AAC tərəfindən əsası qoyulmuş “Azərbaycanın mühafizəkar dostları” qrupunun 25 üzvü var.
Bu həmin Robert Walter-dir ki, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edilmiş Christoph Straesser-ə Bakının viza verməkdən imtina etməsini bilə-bilə, onu siyasi məhbuslarla görüşmədən qətnamə hazırlamaqda ittiham etmişdi.

O vaxt müxbirlər Field-in “Azərbaycanın dostu” vəzifəsinin onun mühüm və birbaşa parlament vəzifəsi ilə ziddiyyət təşkil etdiyi barədə sual verəndə o, bunu “absurd” adlandıraraq rədd etmişdi.

Azərbaycanın başqa bir “mühafizəkar dostu”nun adı isə mətbuata bu yaxınlarda çıxıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana prezident seçkilərinə göndərdiyi müşahidəçi qrupuna Britaniyalı millət vəkili Robert Walter rəhbərlik edirdi.

O Azərbaycanın elə bir sadiq dostudur ki, 2005, 2006, 2008 və 2010-cu illərdə ölkədə keçirilən bütün seçkilərdə AŞPA müşahidə nümayəndə heyətinin üzvü olub.

Bu həmin Robert Walter-dir ki, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edilmiş Christoph Straesser-ə Bakının viza verməkdən imtina etməsini bilə-bilə, onu siyasi məhbuslarla görüşmədən qətnamə hazırlamaqda ittiham etmişdi.

AŞPA müşahidəçilərinin Azərbaycanda 9 oktyabr seçkisinə verdiyi qiymət isə Robert Walter-in əsl dost olduğunu göstərir.

Dost daha necə olmalıdır ki?...
XS
SM
MD
LG