Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

ABŞ-ın sabiq səfiri Qarabağ danışıqları haqda: «Bu, imitasiyaya çevrilir»


Richard Kauzlarich
Richard Kauzlarich

«Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk Qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırlarmı?».

-

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich Azadlıq Radiosunun Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı görüşü ilə bağlı suallarını cavablandırır.


- ABŞ-ın dövlət katibi John Kerry bu görüşlə bağlı hər iki prezidentlə danışıb. Sizcə, bu görüş sülh danışıqlarında yeni bir mərhələnin başlanğıcı ola bilərmi?

- Əvvəla, iki prezident arasında hər bir görüş yeni mərhələnin əsasını qoymağa imkan yarada bilər. Amma indiyəcən olanlar məndə bədbin hisslər yaradır, çünki nə Azərbaycan, nə də Ermənistan öz əhalisini “əsl yeni mərhələ”yə hazırlamaq üçün heç bir cəhd etməyib. Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb.

- Sülh prosesini canlandırmaq üçün yüksək səviyyədə görüşdən başqa daha nəyə ehtiyac var?

- İkincisi, əvvəlki yüksək səviyyəli görüşlərin nəticəsi ona görə olmayıb ki, hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb: beynəlxalq ictimaiyyəti və Minsk qrupunu münaqişəni həll edə bilməməkdə suçlamaq məsələsində. Belə olanda hər iki prezident ölkəsinə yollana, əhaliyə “düşmənə güzəştə getmədiyini” deyə və güzəştə gedəcəkləri, bu istiqamətdə konkret addımlar atacaqları halda üzləşə biləcəkləri siyasi nəticələrlə üzləşməyə bilərlər. Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırlarmı? Bu, danışıqların imitasiyasına çevrilir.

- Türkiyə sülh danışıqlarında mühüm rol oynaya bilərmi?

- Üçüncüsü, Türkiyə rol oynaya bilər, amma əgər Ermənistanla münasibətlərini normallaşdırmağa başlayarsa. Bir neçə il qabaq Türkiyənin belə bir imkanı vardı, amma Azərbaycan bu prosesin davamına yol vermədi. Əgər prezident Əliyevin Türkiyəyə səfəri zamanı ifadə etdiyi mövqeyi nəzərə alsaq, bu məsələdə nikbin olmaq çətindir.
XS
SM
MD
LG