Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

Tamrazian: «Məncə, nəsə baş verir»


Vyana danışıqları
Vyana danışıqları
-
Son 2 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşdülər. Azadlıq Radiosunun Erməni Xidmətinin rəhbəri Hrair Tamrazian Vyanadan yenicə qayıdıb.

Ona ilk sualımız belə oldu ki, danışıqlar haqda nəsə konkret məlumat varmı?

Hrair Tamrazian: Prezidentlər 2 ildən sonra görüşürdü. Yanaşı dayanmışdılar, üzlərində təbəssüb var idi. Bu, jurnalistlər qarşıslında olan idi. Bundan sonra qapılar bağlandı, prezidentlər bağlı qapılar arxasında 2 saat danışdılar. Danışıqlardan sonra Minsk qrupu həmsədrləri bəyanat verdi ki, prezidentlər məsələlərin geniş dairəsini müzakirə ediblər. Belə geniş müzakirə çoxdan idi ki, yox idi. Bu o deməkdir ki, prezidentlər ola bilsin, çox məsələni müzakirə ediblər.

Tamrazian
Tamrazian

Azadlıq radiosu: Ola bilərmi ki, problemin həllində bir sıçrayış olsun?

Tamrazian: Sıçrayış yox, indi sıçrayışın zamanı deyil, ancaq nəsə ola bilər. Məncə, nəsə baş verir. Nəsə əldə olunur. Çünki Minsk qrupu həmsədrlərinin bəyanatına görə, prezidentlər öz xarici işlər nazirlərinə göstəriş veriblər ki, öz aralarında və Minsk qrupu həmsədrləri ilə görüşsünlər, bunlar isə işçi görüşlərdir.

Azadlıq Radiosu: Yeni amerikalı həmsədr təyin olunandan onun verdiyi bəyanatlar və indi də görüş ərəfəsi ABŞ Dövlət katibi John Kerrynin bəyanatları belə təəssürat oyadır ki, ABŞ son illərə nisbətən Qarabağ probleminin həllində daha qətidir. Bu subyektiv görüntüdür yoxsa doğrudan da ABŞ fəallaşıb?

Tamrazian: Mənim fikrimcə, bu doğrudan da belədir. Əvvəllər heç vaxt eşçitməmişdim ki, ABŞ Dövlət katibi desin ki, o, son 72 saatda Ermənistan prezidentinə zəng edib, Azərbaycan prezidentinə zəng edib.
Bundan başqa, güclü dövlətlərin ( mən ABŞ, Rusiya, Türkiyə və başqalarını nəzərdə tuturam) problemin həllinə daha yaxından cəlbi onu göstərir ki, onlar Qarabağ probleminin həllində maraqlıdırlar.Bu da pozitiv məqamdır.

Azadlıq Radiosu: Ermənistanda Vyanada danışqlarını necə qarşılayıralr?

Tamrazian: Prezidentlərin görüşündən nəticə çıxarıb nəsə demək hələ tezdir. Ancaq Ermənistanda sülh prosesinə müsbət baxırlar. Çünki silahlı qarşıdurmadan diplomatik danışıqlar yaxşıdır.
XS
SM
MD
LG