Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

Ukraynada aksiyaçılarla polis toquşub


Kiyevdə etiraz nümayişi
Kiyevdə etiraz nümayişi
Bu gün Kiyevdə aksiyaçılarla polis arasında yenidən toqquşma olub.Agentliklərin məlumatına görə,hökumət binasının qarşısına yığışan minədək aksiyaçı Ukraynanın bu həftə Avropa Birliyi ilə asosasiv saziş və azad ticarət razılaşması imzalamasını tələb ediblər.Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadəe dib.

Müxalifətdə olan “Zərbə” partiyasının lideri Vitali Klitschko Əl-Cəzirə televiziyasına müsahibəsində deyib ki, hökumət qorxur ki, 204-cü ildə baş verən "Narıncı inqilab" kimi vəziyyət yarana bilər.Zərbə partiyasının bəyanatına görə, hərcənd mitinq dinc olsa da naməlum adamlar təxribat salıb və nəticədə qarşıdurma yaranıb.

Məlumatlara görə bazar günü keçirilən nümayişdə 100 minədək adam iştirak edib. Bu 2004-cü ildə baş verən "Narıncı inqilab"dan bu yana ən böyük ütiraz nümayişisdir.

Ukraynanın baş naziri Mykola Azarov isə bu arada bəyan edib ki, Ukrayna gələn ilin əvvəllərində Avropa Birliyi ilə asosasiv saziş imzalaya bilər.Bu sazişin ayın sonunda Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində imzalanacağı gözlənilirdi.Amma hökumət qəflətən prosesi dayandırıb.

Şərq Tərəfdaşlığı planında məqsəd keçmiş Sovet respublikalarını Avropa Birliyinə yaxınlaşdırmaqdır.

Ukrayna hökuməti hesab edir ki, bu Rusiya ilə iqtisadi münasibətlərə pis təsir göstərə bilər. Qərb isə hesab edir ki, Ukrayna bunu Rusiyanın təzyiqi altında edir.
XS
SM
MD
LG