Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:50

Dövlət dində təhlükə görür?


"Hicaba azadlıq" aksiyasından görüntülər
"Hicaba azadlıq" aksiyasından görüntülər
Azərbaycanda dvlət və din, dövlət və dindarların münasibəti nəyə əsaslanırç dövlət dinə nə dərəcədə nəzarət edir? "İslam və demokratiya" verilişində bu suallara cavab aranır.

İslam dini və demokratik nizam bir arada mümkündürmü?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

“Əgər dövlət təhlükəsizliyinə problem yaranmasa, dövlət əleyhinə çıxışlar olmasa, dövlət dinə tolerant yanaşır. Azərbaycanda Digər dinlərə də, İslam dininə, onun ayrı-ayrı qollarına münasibət budur”. Milli Məclisin üzvü Fazil Mustafa belə hesab edir.

“İslam və demokratiya” verilişinin qonağı olan Fazil Mustafanın fikrincə, dövlətlə din arasında doğru məsafənin ideal variantını tapmaq heç də həmişə mümkün olmur.

DÖVLƏT DİNİ NƏ ZAMAN SIXIŞDIRMAQ İSTƏYİR?

“Dinlər özlərinin mahiyyətindən fərqli bir təqdimat ortaya qoyanda, dövlət də qanunları sərtləşdirir. Dinə qarşı yox, dini cəhalətə qarşı mübarizə aparılmalıdır. Qanunlarla insanları nəyəsə yönləndirmək, inanca korrektə etmək mümkün deyil”.

Milli Məclis üzvü Fazil Mustafa dini məzmunlu ədəbiyyatla bağlı qanunların hər dəfə sərtləşdirilməsinin də tərəfdarı deyil. Onun iddiasına görə, bu məsələdə “dini məzmun” dairəsinin əhatəsi çox geniş götürülüb:

“Nizami Gəncəvinin əsərlərinin də müəyyən hissəsi dini məzmunludur. Onda “Xosrov və Şirin”i də dini məzmunlu ədəbiyyat kimi lisenziyalaşdırmaq lazımdır? Hansısa əsərdə Allaha müraciət varsa, bunudamı dini məzmunlu ədəbiyyat etmək lazımdır? Bu cür subyektiv düşüncəli məhdudiyyət, dövlətin səlahiyyətini aşması zərərli tendensiya yaradır, dində maarifçilik yayılmasına mane olur”.


QAFQZZ MÜSƏLMANLARI İDARƏSİ HANSI MƏZHƏBLƏRİ SEVMİR?

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla deyir ki, Azərbaycanda məzhəblərə qarşı ayrıseçkilik yoxdur, sünni və şiələr eyni məsciddə ibadət edə bilər.

“Bizim məscidləri sünni-şiəliyi yoxdur. Ölkə demokratik ölkədir, kimsənin kimsəyə müdaxiləsi icazə verilməzdir. Amma dövlətçiliyə, ənənəvi dini əqidə və təriqətlərimizə zidd olan məzhəb və təriqətlər var ki, onların fəaliyyətinə imkan verilməməlidir. Bunlara vəhabilik, bəhailik, babillik, nurçuluq və digərləri aiddir. Əhli sünnə və əhli şiə məzhəbləri arasında xoş münasibətə mane yaradan yad məzhəblərin Azərbaycanda fəaliyyətinin qarşısı alınır”.

Deputat Fazil Mustafa isə bu cür yanaşmanı düzgün saymır. Onun fikrincə, dövlət yalnız insanların yalnız qoyulan qanunlara riayət edib-etmədiyinə nəzarət etməlidir:

“Sektalara, məzhəblərə də yanaşma belə olmalıdır . Dövlət hansısa dinin hansı məqamda düzgün olduğunu müəyyənləşdirə bilməz. Konstitusiyada yazmır ki, insan mütləq İslam dininə mənsub olmalıdır. İnsan bu kontekstdə qanunvericiliyə zidd olmayan fəaliyyəti göstərməlidir, istər bəhai olsun, istər xristian”.

AZƏRBAYCANDA VƏHHABİLİK TƏHLÜKƏSİ?

İlahiyyatçı Əkrəm Həsənov
hesab edir ki, Azərbaycanda vəhabilikdən danışmağına dəyməz.

“ölkədə sələflilik və onun da radikal tərəfi var. Sələfiliyin doğru tərəfi əhli-sünnə tərəfidir. Onlar dövlət əleyhinə çıxmağı, hakimə qarşı çıxmağı haram hesab edən insanlardır”.

Ə.Həsənov radikal sələfilər kimi təkfirçiləri qeyd edir və onlara qarşı birgə mübarizə aparmağı düzgün sayır:

“Onlar bütün dünyada hakimiyyətə gəlmək istəyirlər, fikirləri qruplaşma yaradıb dövlət əleyhinə çıxmaq, partlayışlar törətməkdir. Bu məsələ ilə bağlı ilahiyyatçılar bir yerə yığılıb məşvərət etməlidir”.

Ə.Həsənovun fikrincə, son vaxtlar Azərbaycanda artan radikal fikirlərin qarşısı alınmalıdır.

“Təkfirçiliyin azaldılması istiqamətində işlər görülməlidir, maarifləndirmə artırılmalıdır, məscidlər açılmalıdır. Əks təqdirdə, bu, qarşılıqlı savaşa yol aça biləcək, iğtişaşa səbəb olacaq bir problemə çevrilə bilər”.


DİNİ MAARİFLƏNDİRMƏ KİMİN İŞİDİR?

Fazil Mustafa da dini maarifləndirmə ilə bağlı problemlər olduğunu bildirir. Onun fikrincə, bu məsələdə sağlam müzakirələr aparılmadığından, Azərbaycan saxtakar dindarların olduğu məmləkətə çevrilir:

“Əqidələrdə mərasimçilik, rituallara bağlılıq özünü göstərilir. İnsan bilməlidir ki İslamda özünə qəsd, vücuduna xələl gətirmək, kiminsə başını kəsmək qadağandır. İslamı Vəhşi obrazda İslamı təqdim edəndə, Kim ona simpatiya ilə yanaşa bilər?”
XS
SM
MD
LG