Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

James Warlick: "Prezidentlər həll yolunu mümkün sayırlar"


James Warlick
James Warlick
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünün əməli olduğunu və danışıqların davam etdiriləcəyinə ümidlə yanaşdıqlarını deyirlər.

Minsk qrupunun amerikalı həmsədrli James Warlick cümə axşamı Yerevanda Azadlıq Radiosunun eməni xidmətinə ekskluziv müsahibəsində bir daha prezidentlərin danışıqları davam etdirmək qərarını alqışlayıb.Warlick deyir ki, prezidentlər mühüm, əsas məsələləri müzakirə ediblər, bir-birlərinin mövqeinə hörmətlə yanaşırlar və hesab edirlər ki, həll yolu tapmaq olar.

Qeyd edək ki, həmsədrlər Yerevandan əvvəl Bakıda olublar.Onlar ötən bazar günü Azərbaycan tərəfi ilə münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə ediblər.Amma hələlik bu danışıqların detalları barədə ətraflı məlumat verilmir.

ATƏT-in Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir.

Azərbaycan və Ermənistan rezidentlərinin son görüşü noyabrın 19-da Vyanada olub.
XS
SM
MD
LG