Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

Minsk qrupu həmsədrləri bəyanat yayıb


Həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüş zamanı
Həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüş zamanı
-
ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 15-19-da regiona səfər edərək Dağlıq Qarabağ sülh prosesini müzakirə ediblər. Rusiya Federasiyasından Igor Popov, Fransadan Jacques Faure, ABŞ-dan James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk bu barədə bəyanat yayıblar.
Həmsədrlər dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə, 16-da Ermənistanda prezident Sargsian-la görüşüblər. Dekabrın 17-də onlar Dağlıq Qarabağa gedərək de-fakto rəsmilərlə də görüşlər keçiriblər.
Sərhəddəki son gərginlik sülh perspektivlərinə zərbə vurur...
Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilən görüşün nəticələrini, dekabrın 4-5-də Kiyevdə xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər. Onlar bu danışıqların davamı olaraq 2014-cü ilin yanvarında səyləri davam etdirmək qətiyyətlərini bildiriblər. Həmsədrlər vurğulayıblar ki, sərhəddəki son gərginlik sülh perspektivlərinə zərbə vurur. Onlar tərəfləri gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə, danışıqlarda irəliləyişə gətirəcək ab-hava yaratmağa çağırıblar.
Həmsədrlər yanvarda İsveçrəyə səyahət edərək ATƏT-in növbəti fəaliyyətdə olan sədri ilə məsləhətləşmələr aparacaq. Bundan sonra isə xarici işlər nazirləri görüşüb növbəti samitə hazırlığı götür-qoy edəcəklər.
XS
SM
MD
LG