Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Vətəndaş cəmiyyəti birgə bəyanat yayıb


-
Dekabrın 20-də Azərbaycan vətəndaş cəmiyyətinin birgə bəyanatı yayılıb.

Bəyanatda hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı irimiqyaslı qisas kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Müəlliflər hökuməti həbs olunmuş bütün siyasi məhbusları, o cümlədən Anar Məmmədlini dərhal azad etməyə çağırır.

Prezident seçkisində müstəqil müşahidəçilik həyata keçirmiş Anar Məmmədli qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbsə atılıb. Bəyanat müəllifləri bu həbsi Belarusda 2011-ci ildə tanınmış hüquq müdafiəçisi Ales Bialiatski-nin eyni üsul və ittihamla həbsiylə müqayisə edirlər. Buna görə Belarus hökuməti ciddi beynəlxalq qınaq və təzyiqlərə məruz qalıb.

Bəyanatda, həmçinin, diqqət QHT fəaliyyətini məhdudlaşdıran qanunvericilik dəyişikliklərinə çəkilir.

Müraciəti 95 nəfər imzalayıb. Müəlliflər Avropa Şurası, AŞPA, BMT, ATƏT, həmçinin Avropa Birliyinə müraciət edir, Azərbaycan hökumətindən insan haqlarına qarşı başlamış repressiyaları dayandırmağı və bu repressiyaların qurbanlarını azad etməyi tələb etməyə çağırırlar.
XS
SM
MD
LG