Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:14

Türkiyədə güclərin savaşı millətə təhdiddir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan
-
Washington Post qəzeti Türkiyədəki durumla bağlı məqalə dərc edib. Qəzet yazır ki, ölkədəki siyasi böhranla bağlı dəbdən düşmüş “bizans” sifətini işlətmək daha uyğun olardı. Belə ki, prokurorlar 3 nazir oğluna, dövlət bankının rəhbərinə, böyük bir sahibkara və baş nazir Recep Tayyip Erdogan hökumətinə yaxın digər fiqurlara qarşı korrupsiya ittihamları irəli sürüblər.
Erdogan da cavabında prokuroru və onlarla polis zabitini işdən çıxarıb. Hökumət mediası İsrail və Birləşmiş Ştatları günahlandırır.

GULEN-ERDOGAN SAVAŞI

Müəllif Erdoganla Fethulla Gulen arasındakı mübarizəyə də diqqət çəkir:

“Bu mübarizənin kökləri sonsuz təxminlərə yol açır. Bəziləri deyir ki, Gulen Erdoganın İsraillə ədavətinə və Suriya üsyançılarına güclü dəstəyinə qarşı çıxır. Ancaq Birləşmiş Ştatlar və digər Qərb dövlətləri üçün daha vacibi vaxtilə nümunəvi islamçı lider və Prezident Obamanın yaxın müttəfiqi sayılan Erdogan-ın siyasi çağırışlara avtokratik taktika və anti-Qərb ifadələri ilə cavablandırmasıdır. Bu metodlar işləsə, Türkiyənin onsuz da kövrək demokratik institutlarına daha da zərbə dəyəcək,” müəllif qeyd edir.

2023-CÜ İLƏDƏK HAKİMİYYƏTDƏ

“Sonucda, böhranın taleyini məhkəmələr deyil, seçicilər həll edə bilər. Cənab Erdogan martda keçiriləcək bələdiyyə seçkiləri üçün artıq təbliğata başlayıb, siyasi reabilitasiya axtarır. Partiyası udsa, yəqin ki, prezidentin səlahiyyətlərini artırmaq planlarını irəli aparacaq. Bu ilin sonunda keçiriləcək seçkilərdə isə həmin posta namizədliyini verəcək. Erdogan 2023-cü ilədək, Türkiyə respublikası kimi 100 yaşını qeyd edənəcən hakimiyyətdə qalmaq planlarını gizlətmir”.

Müəllif daha sonra yazır:

“Nə Türkiyə, nə də Qərb hakimiyyətin bu cür möhkəmləndirilməsindən qazanacaq. Obama administrasiyası və Avropa Birliyi hüququn aliliyinə hörmət, polis və prokurorların məhkəmədə öz işlərini təqdim etməsinə şərait yaradılması üçün Erdogana təzyiq göstərməlidir”.
XS
SM
MD
LG