Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:25

Müsəlman ölkələrində qadın necə geyinsin?


arxiv foto
arxiv foto
-
Müsəlman ölkələrində qadının ictimai yerlərdə necə geyinməsi mühüm məsələdir. Michiqan Universitetinin bu yaxınlarda yeddi müsəlman ölkəsində (Tunis, Misir, İraq, Livan, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə) keçirdiyi bir rəy sorğusu üzə çıxarıb ki, adamların çoxu qadının üzünü olmasa da, saçını tam bağlamasını istəyir. Ancaq Türkiyə və Livanda daha çox respondent qadının ictimaiyyət arasında saçının örtməsini vacib saymır.

Hər bir respondentə bir kart verilib. Onun üzərində qadınların altı növ baş örtüsü təsvir olunub. Baş örtüsünə tam örtülü burqa (#1) və niqabdan (#2) tutmuş daha az mühafizəkar görünən hicab (#4 və #5) daxildir.

SAÇLAR VƏ QULAQLAR ÖRTÜLSÜN

Respondentlərin çoxu deyib ki, 4 saylı, yəni saçları və qulaqları ağ hicabla örtülmüş qadın ictimai yer üçün daha məqbul geyinib. Tunisdə respondentlərin 57, Misirdə 52, Türkiyədə 46, İraqda 44 faizi bu fikirdədir. İraq və Misirdə 3 saylı, yəni saçı və qulaqları daha qapalı qara hicabla örtülmüş qadın ikinci yerdədir.

Bəzi ölkələrdə isə qadının saçını örtməməsini dəstəkləyənlər də az deyil. Türkiyədə respondentlərin 32, Tunisdə 15 faizi belə düşünür. Livanda bu rəqəm 49-dur, ancaq bu ölkədə rəyi soruşulanların 27%-i xristian olub.

Respondentlərin cinsi tərkibi açıqlanmayıb.

Ancaq respondentlərin çoxu onu da bildirib ki, qadınlar geyimlərini özləri seçə bilməlidirlər. Tunisdə 56, Türkiyədə 52, Livanda 49, Səudiyyə Ərəbistanından 47 faiz belə düşünür. İraqda bu rəqəm 27, Pakistanda 22, Misirdə 14 faiz təşkil edib. Ancaq bu seçim zamanı qadının ictimai və mədəni normaları nəzərə alması barədə respondentlərin rəyi açıqlanmayıb.
XS
SM
MD
LG