Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

«Qərb niyə ukraynalı etirazçılara qoşulmalıdır»


Mikheil Saakashvili
Mikheil Saakashvili
-
The Wall Street Journal Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-nin Ukraynadakı etirazlara dair yazısını dərc edib. Yazıda qeyd olunur ki, “Ukrayna etirazlarının mahiyyəti belədir: Qərb azadlığı Putinin Rusiya imperiyası baxışına qarşı...”

İLK GEO-SİYASİ İNQİLAB

“Ukraynada müşahidə etdiyimiz odur ki, noyabrda başlayan və son günlər zorakı gərginlik yaradan etirazlar 21-ci əsrdə ilk geo-siyasi inqilabdır”.

“Ölkədə yüz minlərlə etirazçı ilə Yanukovych rejiminin polisi arasındakı yanan bölücü xətt iki ideologiya, dünyaya iki baxış və iki həyati seçim arasındadır: müstəqil Qərb demokratiyası və Vladimir Putinin Rusiyası”.

Prezident Putin son illər Birləşmiş Ştatlar və Avropanın digər yerlərdəki böhrandan cəsarətlənib. Ermənistan və Gürcüstan siyasətindəki uğurları onu ürəkləndirib. “O, Qərbi post-Sovet məkanından sıxışdırıb çıxardığına inanmışdı,” Mikheil Saakashvili yazır.

“CƏNAB PUTİN BUNU BİLİR”

“Kiyevdə gələcəyin taleyinə dair qərar verilir. Etirazçıların qələbəsi cənab Putinin Rusiya imperiyasını bərpa etmək arzusunun sonunu gətirər. Onların məğlubiyyəti Avropanın nüfuzu və dəyərlərindən geri çəkilmək demək olar. ABŞ-ın regionda zəifləyən etibarlılığı yoxa çıxar. Cənab Putin bunu bilir. Cəsur ukraynalılar da bundan xəbərdardır”.

Gürcüstanın keçmiş prezidenti məhz bu səbəbdən, 2004-cü il Narıncı İnqilabdan fərqli olaraq bu dəfə küçələrdə qan axıdıldığını yazır. Müəllif demokratik dünyanın Ukraynanı bu soyuqda tək qoymamağa çağırır.

“Təkcə sözlər yetərli deyil. ABŞ və AB Ukrayna rəhbərliyinə və onları dəstəkləyən oliqarxlara sanksiyalar tətbiq etməlidir. Bu hücumlara görə onlar cavabdehlik daşıyır. Bu sanksiyalara viza qadağaları, bank hesablarının dondurulması daxil ola bilər”.
XS
SM
MD
LG