Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:06

Emin Ağalarov keçmişə qayıtmaq istəmir - [Foto]


Emin Ağalarov (2012)
Emin Ağalarov (2012)
-
Rusiyalı biznesmen Araz Ağalarovun oğlu Emin Ağalarov Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın redaktoru olduğu «Nərgiz» jurnalına qısa müsahibə verib. Lakonik cavablarda prezidentin kürəkəni, müğənni və biznesmen Emin Ağalarov özünün biznesə, yaradıcılığa, ailəyə - bir sözlə həyata münasibətinin əsas məqamlarnı açıqlayır.

Müsahibəni təqdim edirik:
- Həyatdakı deviziniz...
- Hər zaman irəli getmək, hədəflərə çatmaq. Daim zirvələrə yüksəlmək
- Uşaqların tərbiyyəsinə əsas...
- Onlara diqqət ayırmaq.
- Ambisiyalısınız?
- Bəli.
- «Brendomaniya»ya yoluxmusunuz?
- Yox. Brendlər istiqamət verir, lakin bu əsas məqsəd olmamalıdır.
- Stilistlərin xidmətlərindən yararlanırsızınız?

- Xeyr. Uzun illər moda biznesilə məşğul olmuşam. Buna görə özümə əminəm.
- Keçmişi qaytarmaq olar?

-Yox. Heç gərək də yoxdu.
- Sizi möhtəşəm uğurdan nə ayırır?

- Bütov bir həyat.
- Siz sağlam həyat tərzi keçirirsiniz?

- Həm hə, həm də yox. Çox idman - az yuxu. Yeməkdə özümü məhdudlaşdırmıram.
- Uğursuzluqlar insanı növbəti addımlara hazırlayır yoxsa əksinə?

- Hazırlayır.
- Memuarlarınızı nə ilə başlayardınız?

- Həmin anda nə hiss etdiyimdən
- Bəs indi nə hiss edirsiniz?

- Düşündüklərimi etməyə vaxtımın çatmadığını.
- Mətbuatdan həmişə gözlədiyiniz, amma eşitmədiyiniz sual?

- Ən sevdiyim mahnı haqda sual... Və mən hələ onu yazmadığımı deyəcəkdim.
- Öz şəklini çək
Emin Ağalarov övladlarıyla birlikdə çəkdiyi rəsm
Emin Ağalarov övladlarıyla birlikdə çəkdiyi rəsm

Həmçinin oxu:

- Emin Ağalarov: «Evliliyimiz bitsə, Azərbaycan prezidentinin kürəkəni olmayacam»

- Emin Ağalarov öz musiqisi haqda İlham Əliyevin rəyini bilmir​

- Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan etdilər

XS
SM
MD
LG