Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:27

Anar Məmmədlinin həbs müddəti uzadılıb


Anar Məmmədli
Anar Məmmədli
-
Nəsimi Rayon Məhkəməsi istintaq orqanının Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədlinin barəsində verdiyi təqdimata baxıb. Təqdimatda prokurorluq Anar Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Hakim istintaq orqanının qaldırdığı vəsatəti təmin edib və onun həbs müddətini 3 ay- iyunun 16-dək uzadıb.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, onlar məhkəmənin bu qərarından appeliasiya şikayəti verəcəklər.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub.O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vergidən yayınmaqda ittiham olunur.

Anar Məmmədli ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG