Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:10

Prezidentin qızının İsveçrə mülkləri araşdırılır


Özbəkistan prezidentinin qızı Gulnara Karimova
Özbəkistan prezidentinin qızı Gulnara Karimova
İsveçrənin hüquq-mühafizə orqanları Özbəskistan prezidentinin qızı Gulnara Karimova ilə bağlı istintaq aparır. Karimova çirkli pulların yuyulmasında şübhəli bilinir.

Bu haqda AzadliqRadiosuna İsveçrə hüquq-mühafizə orqanlarının təmsilçisi Jeannette Balmer xəbər verib.

“İstintaqa hələ 2012-ci ilin iyulunda başlanıb. Çirkli pulların yuyulması şübhələrinin əsasında Özbəkistanın telekommunikasiya bazarındakı qanunsuz fəaliyyət iddiaları dayanır. İstintaq İsveçrədə bu iddilarla bağlı hansısa mülkiyyətin mövcudluğunu araşdırır." – deyə Balmer bildirib və əlavə edib ki, İsveçrə hüquqi yardım üçün bir sıra ölkələrə, o cümlədən öz tərəfindən məsələni araşdıran Fransa və İsveçə də müraciət edib.
XS
SM
MD
LG