Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

Sanksiyalar Rusiyanı qorxudurmu?


ABŞ prezidenti Barack Obama Haaqada keçiriləcək G7 sammitindən öncə bəyan edib ki, Avropa və Amerika Rusiyanı Ukraynaya təcüvüzündən ötrü cəzalandırmaq üçün birgədirlər. Obamanın sözlərinə görə, gərək dünya ölkələləri elə addım atsınlar ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada elədiklərinin müqabilində iqtisadi və siyasi zərərini görsün.

ABŞ ŞİRKƏTLƏRİ ÖZLƏRİ SANKSİYALARDAN ÇƏKİNİR

ABŞ-ın özündə iri şirkətlərin münayəndələri də bütün həftəboyu hökuməti inandırmağa çalışıblar ki, Rusiyaya qarşı birtərəfli iqtisadi sanksiyalardan çəkinsinlər. Vaşinqtondakı Xarici Ticarət Palatasının prezidenti William Reinsch

Obama administrasiyası ilə görüşlərdə bildirib ki, Rusiyadakı Qərb şirkətləri Moskvanın onları cəzalandıra biləcəyindən çəkinirlər.

Ancaq Respublikaçı Senator John Mccain də aralarında olmaqla bir çox rəsmilər artıq Rusiyaya qarşı mümkün sanksiyaların Amerika şirkətlərinə vuracağı ziyanı da qəbul etmiş kimi bəyanatlar verirlər. ABŞ Maliyyə nazirliyi byan edib ki, Rusiyaya investisiya qoyanlar hər zaman orayla bağlı riskləri nəzərə almalıydılar. Senator John McCain başqa yolları olmadığını düşünür.

Demokrat Senator Dick Durbin isə hazırda Amerika Ticarət Palatasının 800 üzvünün Moskvada olduğunu deyib. Senatorun sözlərinə görə, oradakı amerikalı iş adamları həm öz bizneslərinə görə narahatdırlar, həm də düşünürlər ki, Vaşinqtonun qəbul edəcəyi daha geniş iqtisadi sanksiyalar Rusiyaya elə də təsir etməyəcək. Odur ki, sanskiyalara ancaq ABŞ yox, Avropa dövlətləri də qoşulmalıdırlar.


SANKSİYALAR RUSİYA İQTİSADİYYATINA NECƏ TƏSİR EDƏCƏK?

Sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı Rusiyanın özündə də fərqli fikirlər var. Məsələn, İqtisadi İnkişaf naziri Aleksei Ulyukayev 2014-cü ilin ilk iki ayında ölkədən 35 milyard dollar kapitalın getdiyini deyib. Ekspertlər bu gedişlə təkcə bu ilin ilk rübündə çıxarılna xarici kapitalın 2013-cü ilin 12 ayının göstəricisini – 65 milyard dolları keçəcəyini düşünürlər.

Bunun tək səbəbi isə Krımla bağı tətbiq edilə biləcək sanksiyalar deyil. Rusiya iqtisadiyyatı xüsusən də ilin əvvəlindən rublun ucuzlaşması və başqa səbəblərdən zəifləyib. Moskvadakı Nomos-Bankın analitiki Kirill Tremasov deyir ki,

"İnvestisiyaların azalması, daxili bazarda tələbatın azalması, və başqa səbəblərin hamısı ölkə iqtisadiyyatının durğunluq ərəfəsində olduğunu göstərir. Hələ də məmurlar əksinə, 2 – 3 faizlik iqtisadi artım proqnozları versələr də, bunlar əsassız çıxışlardır".

İlin əvvəlindən bu yana Rusiya rublu 10 faiz dəyərsizləşdiyindən Mərkəızi Bank 1998-ci ilin Avqsutundakı defoltdan sonra bazara ən böyük müdaxiləni edib, kredit faizlərini 7 faizə yüksəltmişdi.

Bundan sonra bəzi bankirlər ölkə üzrə nisbətən istehlakın artdəğını desələr də, illik 1 faizdən çox artımı gözləmirlər də.


KRIM RUSİYA BÜDCƏSİNƏ NEÇƏYƏ BAŞA GƏLƏCƏK?

Ancaq ölkənin daxili borcu da məhz rublun ucuzlaşması üzündən 10 faiz artıb. Üstəlik, öıkənin dövlət büdcəsinin kəsirinin bu il 55 milyard rubl olması gözlənilirdisə, Krımın birləşdirilməsi ilə bu rəqəmin artacağı qaçılmazdır.

Ötən həftə Rusiyanın kredit reytinqini stabildən neqativə dəyişən reyting agentliklərindən olan Standard and Poor`s – un Moskva şöbəsinin hesablamalarına görə, Krımın 2 milyonluq əhalisinin 600 minə yaxını pensiyaçılardan, 200 mini də büdcədən maaş alan işçilərdən ibarətdir. Yəni əhalinin 40 faizini Rusiya büdcəsinin ayırdığı subsidiyalarla dolandırmaq lazım gələcək ki, bu da ildə 1.1 milyard dollardan çox edəcək. Rusiyanın Ehtiyat Fondunda bunu qarşılamaq üçün yetərincə vəsait var, ancaq Krıma pul veriləcəyi halda eyni situasiyada olan digər federasiya subyektlərində narazılıqlar başlaya bilər.
XS
SM
MD
LG