Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:31

İlham Əliyev Ermənistandakı atom elektrik stansiyasını bağlamağa çağırır


İlham Əliyev Haaqada
İlham Əliyev Haaqada
-
«Ermənistanda 40 il öncə tikilən və istifadə müddəti başa çatmış Atom Elektrik Stansiyasının yaratdığı təhlükə bütün region və yaxın qonşu üçün böyük təhdiddir».

Bu fikirləri prezident İlham Əliyev martın 25 də Hollandiyanın Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammitin plenar iclasında çıxışı zamanı deyib.

Prezident bu zavodda hər hansı qəzanın faciəli nəticəsini vurğulayıb:

«Atom Elektrik Stansiyası yüksək seysmik zonada yerləşir. Üstəlik köhnəlib, olduqca təhlükəli texnologiyaya əsaslanır. Ermənistan beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə onun fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib».

İlham Əliyev sammit çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Böyük Britaniyanın baş naziri David Cameron, İtaliyanın baş naziri Matteo Renzi və Türkiyə prezidenti Abdullah Gül-lə də görüşüb.

Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG