Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

Gülər Əhmədovanın şikayəti qismən təmin olundu


Gülər Əhmədova
Gülər Əhmədova
-
Aprelin 1-də Ali Məhkəmə keçmiş deputat Gülər Əhmədovanın cinayət işi üzrə kasasiya şikayətini qismən təmin edib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Əfsər Talıbov məlumat verib:
«Kasasiya şikayətimiz qismən təmin olunub. Apellyasiya Məhkəməsinin qərarı tam ləğv edilib. İş yenidən apellyasiya baxışına göndərilib. Apellyasiya məhkəməsi işə yenidən baxacaq. İşə düzgün baxılmaması, vəsatətlərimizin qəbul edilməməsiylə bağlı vəsatətlər vermişdik. Ali Məhkəmə işi yenidən baxmağa göndərdi».

Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova iştirak etməyib.

Yada salaq ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət olunub.

2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il azadlıqdan məhrum edilib. Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi. Fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinib.
XS
SM
MD
LG