Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Jurnalist Pərviz Həşimli aclıq aksiyasını dayandırıb


Pərviz Həşimli
Pərviz Həşimli
-
Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, məhkəmədəki çıxışında Pərviz Həşimli keçirdiyi aclıq aksiyasını dayandırdığını elan edib:
«İlk olaraq bildirdi ki, tələbləri yerinə yetirildiyinə, valideynləri ilə görüşə icazə verildiyinə görə aclıq aksiyasını dayandırır. O, həm də hüquqlarının pozulması ilə bağlı aksiyaya başlamışdı. Dediyinə görə, təcridxana rəisi onu qəbul edib və tələblərinin yerinə yetiriləcəyinə söz verib. Prosesdə hal şahidlərindən Zaur Abdullayev ifadə verdi. Onun indiki ifadəsi ilə əvvəlki ifadələri arasında kəskin ziddiyyətlər meydana çıxdı. Pərviz bildirdi ki, keçən prosesdə MTN-in əleyhinə kəskin danışdığı üçün təcridxanada təzyiqlə üzləşib, ona gəzintiyə çıxmağa icazə verilməyib».

«Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmə və saxlama) maddələri ilə ittiham olunur. Hazırda MTN-nin təcridxanasında saxlanılır.

O, aprelin 15-dən aclıq aksiyasına başlamışdı.
XS
SM
MD
LG