Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:23

Sigmund Freud-in yozduğu yuxu


-

«Yuxuların yozumu» – böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Sigmund Freud-in əsas əsərlərindən biridir.

İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil edib.

Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.

Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir.

Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar...

Sigmund Freud-in bu kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX yüzilin ən məşhur bestsellerlərindən biri hesab olunur.

"Qanun" nəşriyyatının çap etdiyi kitabı Nadir Qocabəyli Azərbaycan dilinə çevirib.
XS
SM
MD
LG