Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:03

Əfrasiyab Nurullahinin 20-liyə düşməyən şeirləri


Əfrasiyab Nurullahi
Əfrasiyab Nurullahi
-

Bu şeir "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Əfrasiyab Nurullahi


1

Şer ötəsi

Salam müəllim
Nərdəsən?
Nə yerdəsən?
Səndəmi,
nə göydəsən, nə yerdəsən!?
Düzdümü çatdığım bu yer!?
Gözləyirdinmi məni burada!?

Yadındamı,
məni də sən öyrətdin şeirə.
Nə göyə qaldırdın,
nə də qıydın yerə!

Indi yerlə göyün arasındayam
Yənı
allahla insanın arasında
Yənı,
bir yolçuyam
Yənı yoldayam hər vaxt;
allaha doğru...
insana doğru...
Yənı,
elçiyəm də bir türlü
Ama peyğəmbər deyiləm əlbət
Ama peyğmbərlər doğa bilirəm hər vaxt

Hələ ki
allahla aram çox...
Hələ ki
Insanla da aram çox...
Yənı,
insanlarımızla
öz insanlarımızla!
Yənı
başqa insanlarımız da var daha;
avrupalı,
amerikalı,
afrikalı, ... insanlarımız...
Onların da şairləri var burada
görürəm hər gün
Ama hamısı da məndən yuxarı!
Ama hamısı da məndən aşağı!
Ama allahlarımız eyni,
eyni yerdə,
bir xəttin üzərində olurmuş kimi

Yalnız bir məntiq var burada müəllim;
Insana enirkən,
ucalır şairlər.
Burada məsafə ölçüləri,
adı ölçülər kimi deyil müəllim!
Burada ən uzaq məsafə,
allahla insanın tən ortalığı;
Yənı
şairlərin doğulduğu yer müəllim

Yalnız da deyiləm burada
Qonşuluğumda olan şairlər də var,
başqa millətlərdən;
eyni bizim kimi...
Qonuşuruq hərdən.

Hələ ki
allahla aramız çox
Hələ ki
Insanlarımızla da aramız çox
Yalnız bir məntiq var burada müəllim;
insana enirkən,
ucalır şairlər
Və insanları gəlişirkən,
gəlişir şairləri də.

Çox gecələr,
insanlarıyla,
allahlarının vəhdətini qura bilir_
bizdən gəlişmiş ölkələrin şairləri.
Görürəm onları,
Ama da uzaqdan.

Bir həftədir,
"eurovision" rəqs musabiqəsi var
Qonşu qardaş ölkələrdən də var;
Azərbaycandan, Türkiyədən, ...
Dünən gücə,
"arəş"lə, "aysel" üçüncü yeri qazandı
O gün,
bir amerikalı şairəni,
qaytarmışdı huzurdan,
allahın məleykələri;
"Güney Azərbaycanı" tanımadığına görə.
"Qarabağ" sorununa,
bir sürə laqeyd qaldığına dayır.
Və sayır...
Və sayır...

Belə belə işlər çox olur burada müəllim
Ama hamısı da bizdən yuxarı
Ama hamısı da bizdən aşağı
Dinmirsən müəllim!
Nərdəsən?
Nə yerdəsən?
Düzdümü çatdığım bu yer
Gözləyirdinmi məni burada?!
Bir söyləsənə!
bir baxsana...
"Nazim" demişkən;
Nəyə kaptırmışsın kafanı müəllim?!
Bu şeir ötəsi,
bir şey varmı?
Bu yer ötəsi,
bir yer varmı?
Varmı müəllim?!..



2

futbol


Futbol,
hər şeydən öncə bir idman.
Toplumsal bir idman.
Artıq qloballaşmış da...
Artıq siyasallaşmış da...

Futbol,
hər dönə təzə!
Təkrarsız təzə.
Ikrahsız təzə.
Heç iki oyunu eyni olmadan,
heç ikisi eyni olmayan insanlar kimi təzə.
Təzə canlar kimi təzə.

Futbol,
bir güncəl yaşayış!
Yəni
Sevilmək,
keçmişinə varılmadan
Sevmək,
qorxmadan, darılmadan. .

Futbol,
gərəklilikdir.
gərəksizlik deyil.
Futbol,
bizlik, sizlikdir.
Təkcə bizlik deyil.
Təkcə sizlik deyil.

Futbol,
hər kəs öz yerini tapmaqdır.
hər kəs öz haqqıni qazanmaq.
hər kəs öz dəyərini almaqdır.

Söy kimidirdə futbol
Sərbəst söy kimi!
Bir təhər qəlibli söylərin sərbəstliyi kimidir də
bəlkə də,
söylərimiz futbol kimidir.
öylə ki,
yerlərimiz futbol (topu) kimidir.
göylərimiz futbol (topu) kimidir.

Futbol
yarışa- yarışa barışmaqdır.
barışa- barışa yarışmaqdır.
Futbol
bir təhər qaynayıb qarışmaqdır.
Futbol
alışmaqdır,
yanmaqdır.
yaratmaqdır.
Futbol yaranmaqdır.
həyəcandır, ehtırasdır.
üsyandır, etirazdır;
ədalətsizliyə qarşı.
bərabərsizliyə qarşı.
təbleyğat yazısıdir da futbol;
təbleyğat ikranıdır da;
yəni
aıd olduğu xalqı,
dünya xalqlarına tanıdır da.


futbol,
bir dram əsər,
90 dəqiqəlik;
insan ömründən.
insan həyatından.
Yənı
qəmlə, dəmin qarşılıqlı nəmayışı.
Yənı
dəmlənmək gərəyincə.
qəmlənmək yetərincə.
yaşamaği bacarmayanlara dərs də ola bilər futbol!
Yənı
udarkən sevinmək,
qəmlərini saya salmadan.
uduzarkən qəmlənmək.

Futbol,
hamılıqdır!
Yənı
ağlı, qaralı, sarılı, qırmızılıdır!
Yənı
futbol ağdır (rəngi)!
Ağdır,
yənı yaşamaqdır.
Yaşamaqdır,
yənı hər nədir.
Ancaq
bir şeyi məni yaman incidir;
futbol topunu vura-vura,
bir vaxt da görürlər,
özləri də,
bir futbol topuna çevriliblər istadiumlar ara, futbolçular.
ay futbolu sevənlər!
ay futbolçular!

“SON"
XS
SM
MD
LG