Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:34

Leyla Yunus zorlanma ilə hədələndiyini deyir (Səsi)


Leyla Yunus
Leyla Yunus
.
«DEDİLƏR SİZİ ZORLAYARIQ»

Hüquq müdafiəçisi AzadlıqRadiosuna açıqlamasında prokurorluq əməkdaşları tərəfindən təhdid olunduqlarını dilə gətirir:

«Prokurorluğun adını çəkməyən əməkdaşı birinci gün (aprelin 28-də- red.) mənə zəng edib qoxutmağa çalışdı. Dedi ki, «səni Arifin, Arifi də sənin gözünün qabağında zorlayarıq. Butulka sözünü işlətdilər. Arifin bu duruma düşməyinə məhz həmin sözlər səbəb olub».
Arif Yunus da AzadlıqRadiosuna müsahibəsində aprelin 25-də prokurorluq əməkdaşları tərəfindən ona zəng edildiyini, nalayiq sözlərlə təhqir olunduğunu deyib.

Leyla Yunusun aprelin 30-da AzadlıqRadiosunun "İşdən sonra" proqramında həmin təhqiramiz ifadələrlə bağlı dedilərini özündən dinlə:
PROKURORLUQ ZƏNG EDƏNİN NÖMRƏSİNİ İSTƏYİR

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun Leyla Yunusun iddialarına cavabı belə oldu:

«Leyla Yunus onu hədələyən şəxsin telefon nömrəsini istintaqa təqdim etsə, zəng edənin şəxsiyyəti müəyyənləşərək müvafiq tədbirlər görüləcək».

Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus həyat yoldaşı, politoloq Arif Yunusla birlikdə aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Üstlərində, ofis və evlərində axtarış aparılıb. Arif Yunus isə xəstəxanaya yerləşdirilib.

#LEYLAYUNUS İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏRİ CANLI BLQODA İZLƏ
XS
SM
MD
LG