Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

Nidaçıların hökmünə sözardı


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Yazarlarımız isə yenə eyni ampluada: bakirəlikdən, dindən, ailə münasibətlərindən, sevgidən, dostluqdan yazmaları və bir sürü gic-gic şeylər...


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.


Rüfət Əhmədzadə
Yazıçı


Nidaçıların hökmünə sözardı


Əvvəlcə, Gülər Əhmədova azadlığa buraxıldı. Sosial şəbəkələrdə səhərə qədər bu mövzu müzakirə olundu.

Yarızarafat-yarıciddi qəzəbləndik, coşduq, sonra məsxərəyə qoyduq.

Səhərdən günortaya qədər Hacı Şahinlə bağlı xəbər trend oldu. Amma 1-2 saat sonra gündəm nidaçıların həbsiylə çalxalandı.

Əslində, heç nə çalxalanmadı. Depressiyaya düşdük, bir-birimizə məlumat ötürdük, sonra bir-birimizin üzünə mat-mat baxıb dedik: “Sən öl, bu xalqdan səs çıxmayacaq!”.

Bir anlıq bu xalqın fərdləri olduğumuzu da unutduq.

Sonra elə depressiya içində qayıtdıq “Facebook” profilinə. Birdən xatırladıq ki, biz cəmiyyətin qaymaqlarıyıq, mütləq bu məsələyə münasibət bildirməliyik.

“Nidaçılara azadlıq” statusları, “Azərbaycanda ədalət gözləmək möcüzədir” tipli müdrik və hikmətli sözlər, profil və örtük şəkillərinin əvəzlənməsi...

Əlimizdən başqa nə gəlir ki? Aksiyada da tutulan həmişə eyni şəxslər!

Bizim yağmayıb guruldadığımız vaxtda dostlarımızın ailələri nələr çəkir... Rəşadət oğlunun həsrətiylə öz azadlıq eşqinin cəzasını çəkməyə gedir... Gəncliyimiz soyuq həbsxana divarları arasına atılır.

Müxalifət liderlərindən birinin İranı söyməsi – partiyasının üzvü həbsdə olduğu halda;

Digərinin durub Ramiz Mehdiyevin taleyi barədə proqnozları – prosesləri yönəltəcək müxalifət lideri olduğu halda...

Yazarlarımız isə yenə eyni ampluada: bakirəlikdən, dindən, ailə münasibətlərindən, sevgidən, dostluqdan yazmaları və bir sürü gic-gic şeylər...

Qəzanız mübarək, dostlar!

Biz, əslində, sizin üçün üzülmürük. Üzülsəydik, keçən ildən bəri belə dözməzdik.

Amma oturub tam səmimiyyətlə dua edərik ki, növbəti əfv fərmanında sizin də adlarınız olsun!

Bu qədər.

Azərbaycanda ən gözəl mübarizə üsulu dua etməkdir.
XS
SM
MD
LG