Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:47

"Avropa Şurası Azərbaycanda insan haqları pozuntularına göz yummur"


Jagland
Jagland
“Avropa Şurası Azərbaycanda insan haqları pozuntularına göz yummur” – bunu Avropa Şurasının baş katibi Thornbjorn Jagland mayın 22-də europeanvoice.com- da dərc olunan məqaləsində yazır.

Jagland hesab edir ki, Azərbaycanın Avropa Şurasında sədrliyi Azərbaycanda insan haqları pozuntularını diqqət mərkəzinə çıxardacaq.

Azərbaycan Avropa Şurasında sədrliyə əlifba sırası ilə Avstriyadan sonra başlayıb. Azərbaycan 6 ay sədr olacaq.

İnsan haqları, demokratiya və qanunun aliliyi prinspini özünün əsas məqsədləri elan edən təşkilata jurnalistləri həbsə atan, müxalifət fəallarını tutan ölkənin necə sədrlik etməsi son günlər diqqət mərkəzində olan məsələdir.
XS
SM
MD
LG