Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

Əfv edilmiş məhbusların siyahısı


Arxiv fotosu
Arxiv fotosu
-
Prezident İlham Əliyev mayın 26-da məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama görə 157 məhbus cəzasının çəkilməmiş hissəsindən, 2 nəfər şərti məhkumluqdan, 1 nəfər islah işlərindən, 11 nəfər isə cərimə cəzasından azad edilir.

​Əfv edilmiş şəxslərin TAM SİYAHISI BU LİNKDƏ

Əfv olunanlardan 16 nəfəri xarici ölkə vətəndaşlarıdır. Onlardan 13 nəfəri İran, 1 nəfəri Türkmənistan, 1 nəfəri Əfqanıstan, 1 nəfəri də Belarus vətəndaşıdır.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu

Əfv üçün ölkə prezidentinə, Avropa Şurası Parlament Assambleyasının prezidentinə 29 nəfərlik siyahı tədqim etdiklərini bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu son əfv sərəncamından çox məyyus olduqları deyir:

“Biz çox pisik, çox məyus olmuşuq. Biz 130 nəfərlik siyahıdan 29-nu seçib təqdim etmişdik ki, sabah Avropa Şurasına gedəndə özümüzü normal apara bilək. Biz istəyirdik ki, heç olmasa bu insanlar buraxılsın, Azərbaycanda hava bir az aydınlaşsın, bir-birimizə düşmən gözü ilə baxmayaq.

Biz istəyirdik ki, prezident Avropa Şurasında çıxış edəndə ona siyasi məhbuslarla bağlı suallar yağdırılmasın. Ümid edirdi ki, prezident öz çıxışında siyasi məhbuslardan yox, Azərbaycandakı 500 min məcburi köçkünün problemindən danışar. Biz bunu istəyirdik.

Amma bu əfvdən sonra Azərbaycana və Avropa Şurasında çıxış edəcək Azərbaycan prezidentinə ittihamlar yağdırılacaq. Bilmirəm bu işi kim belə edir, başa düşə bilmirik”.

Novella Cəfəroğlu deyir ki, onun daxi olduğu Azərbaycan Hüquq-müdafiə Təşkilatlarının Monitorinq Qrupunun və “Amnesty İnternational”ın təqdim etdiyi 29 nəfərlik məhbus siyahısında yalnız 5 nəfəri əfv olunan şəxslər sırasındadır. Onlar aşağıdakılardır:

Fərəməz Allahverdiyev
Rahib Haciyev
Fuad Huseynov
Daşqın Məlikov
Bəxtiyar Məmmədov


Siyahıda insan haqları fəallarının siyasi məhbus kimi tanıdıqları şəxslərdən yalnız birinin - jurnalist Fərəməz Allahverdiyevin adı var.
Səadət Bənəniyarlı
Səadət Bənəniyarlı


Hüquq müdafiəçisi Səadət Bənanyarlı yeni bir amnistiya aktına ümid etdiklərini deyir:
“Təəssüf ki, bu siyahıda siyasi məhbus kateqoriyasına aid olan məhbuslardan çox az adamın adı var.

Hələki siyahıda yalnız jurnalist Fərəməz Allahverdiyevin adını gördüm. Amma ümid edirəm hələ imkanlar tükənməyib. Yəqin tezliklə biz bir amnistiya aktını da görərik”.

İnsan haqları fəalları Azərbaycanda 130-a yaxın siyasi məhbus olduğunu bildirirlər.

Amma Azərbaycan rəsmiləri ölkədə bir nəfər də siyasi məhbus olmadığını, bu katoqoriyada adı çəkilən şəxslərin konkret cinayət əməllərinə görə həbs edildiklərini bildirirlər.
XS
SM
MD
LG