Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:32

NATO-nun qalmaqallı seminarı [Video]


-
Vətəndaş cəmiyyətinin üzvləri Elxan Mehdiyev, Leyla Yunus və Cəsur Sümərənli Azərbaycanda keçirilən NATO PA-nın 86-cı «Rose Roth» seminarını incələyirlər.

«AZƏRBAYCAN VƏ ERMƏNİ DEPUTATLARI SANKİ KÜÇƏ SAVAŞINA ÇIXIBLAR»


Leyla Yunus deyir ki, seminarda söhbətlər küçə savaşını xatırladır:

«Seminarda erməni və Azərbaycan parlamentinin nümayəndələri özlərini eyni partiyanın üzvü kimi aparırdılar. Onlar sanki küçə savaşına gəlmişdilər. Erməni deputatlar yalan məlumatlar yaymağa çalışırdılar. Mən çalışırdım ki, faktlarla onlara sübut edim. Azərbaycan deputatları da seminara bir fikirlə gəlmişdilər ki, erməniləri ifşa etsinlər. Demokratiya, insan hüquqları ilə bağlı heç bir müzakirə yox idi. Mən 15 dəqiqə siyasi məhbuslarla bağlı çıxış etməyə nail oldum».

«DAXİLİ PROSESLƏR MÜZAKİRƏ OLUNMUR»


Cəsur Sümərənli hesab edir ki, ordunun vəziyyətini müzakirə etmək daha məqsədəuyğun olardı:

«Son illərdə Azərbaycan hakimiyyətinin Rusiyayönümlü siyasət yürütməsi hökumətlə vətəndaş cəmiyyəti arasında ciddi fikir ayrılığı yaradıb. Əvvəlki illərdə keçirilən seminarlarda demokratiya, insan haqları ilə bağlı müzakirələr müəyyən qədər olurdu. Budəfəki seminarda daxili məsələlərlə bağlı mövzular qoyulmayıb. Müzakirə olunmalı əsas mövzulardan biri ordunun vəziyyəti, islahatların keçirilməsi, orduya ictimai nəzarət məsələləri idi. Vətəndaş cəmiyyətinin bu işdə rolu açıqlanmalı idi».

«DANIŞIQLARIN ƏHƏMİYYƏTİ İTİB»


Elxan Mehdiyev danışıqların elə bir əhəmiyyətinin qalmadığını deyir:

«Seminarda erməni deputatlar küçə söhbətlərindən uzağa getmədilər. Onlar əsassız məlumatlarla çıxış etməyə çalışdılar. Seminarda çıxış edən ermənilər NATO tədbirlərinə uyğun olmayan insanlar idi. Onlar sülh fikirləri ilə gəlməmişdilər. Ona görə də Azərbaycan tərəfi də onlara uyğun danışmağa çalışırdı. Getdikcə danışıqların da heç bir əhəmiyyəti qalmır. Əsas məsələ budur ki, 21 ildir Azərbaycan torpaqları işğaldadır. Ermənistan Azərbaycan torpağını azad etməlidir».
XS
SM
MD
LG