Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:32

Həsən Hüseynlinin məhkəməsində şahidlər dindirilib


Həsən Hüseynli
Həsən Hüseynli
-
İyunun 23-də Gəncə şəhər Nizami rayon Məhkəməsində yerli QHT rəhbəri Həsən Hüseynlinin növbəti məhkəmə prosesində şahidlər ifadə verib.

AzadlıqRadiosunun prosesi izləyən əməkdaşı xəbərə verir ki, məhkəmədə zərərçəkən kimi tanınan tərəfin şahidləri dindirilib.

Bəzi şahidlərin istintaq ifadələri ilə məhkəmə ifadəsi üst-üstə düşməyib.

Zərərçəkən Aygün Abışova istintaqa verdiyi ifadəsində Həsən Hüseynlinin Arzu Qəhrəmanovu bıçaqladığını desə də, məhkəmədə bildirib ki, o, yalnız iki nəfərin əlbəyaxa dalaşdığını görüb, başqa bir şey görməyib.

Məhkəmə nəzarətçiləri prosesdən sonra çəkiliş aparmaq istəyən jurnalistlərə qarşı kobud davranıb, onların işləməsinə imkan yaratmayıblar.

Proses sabah davam edəcək.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin direktoru, fizik Həsən Hüseynli xuliqanlıqda ittiham edilir. QHT rəhbəri belə ittihamla üzləşməsinin səbəbini ictimai fəaliyyəti ilə bağlayır.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.
XS
SM
MD
LG