Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:40

Həya edirəm...


Rüfət Səid (Əhmədzadə)
Rüfət Səid (Əhmədzadə)

-

Rüfət Səid


İT KİMİ

Mən ən çox iki halda kövrəlirəm:
Bir, qapıdan təcili yardım maşını keçəndə,
Bir də ki alverçilər
Maşınların küçəmizə sürəndə.
Bir əlim ürəyimdə, bir əlim də cibimdə.
Kövrəlirəm, qardaş canı, it kimi!
Ulamağım gəlir, həya edirəm....

Ulamaq qurd adətidir, amma ki...
Qurdluğumuz əlimizdə qalıbdır.
İşarə göstərməkdən başqa nə bacarırıq?
Qəlbimiz boş,
Cibimiz boş,
Sözümüz də itirib kəsərini...
Belə baxanda, əməlimiz də boş.
Kövrəlirəm, qardaş canı, it kimi.
Quyruğumu dişləməyim gəlir, həya edirəm.

Mən ləzzəti kövrəlməkdən alıram,
Fırıldağın yekəsiyəm bəlkə də.
İt günündə yaşayırıq, yoxsa ki...
İtlər yenə hürüb qorxuda bilir...
Gülləmizi vuran da yox, ölək ki...
Görək, bizi haqq-hesaba kim çəkir.
Kirlənirəm, qardaş canı, it kimi!
Yaxşıca silkələnməyim gəlir...
Həya edirəm.

04.07.2014

XS
SM
MD
LG