Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

ABŞ Almaniyadan nəyi öyrənməlidir?


-

Washington Post qəzeti yazır ki, Almaniyada casusluqda ittiham olunan Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Almaniayadan nəyi öyrənə bilərdi?

Qəzet məsləhət görür ki, CİA Almaniyanın iqtisadiyyatda niyə belə uğur qazanmasının sirlərini öyrənsə yaxşı olardı.

CİA-in ölkələr haqda faktlar kitabında dünyanın 193 ölkəsi ticarət balansına- satdığı ilə aldığı arasında fərqə görə sıraya düzülüb. Birinci yerdə müsbət 257 milyard dollarla Almaniya gəlir, axırıncı yerdə 361 milyard defisitlə ABŞ.

Yuxarı yerlərdə 3 növ ölkələrdir: Çin kimi ixraca işləyən istehsalçılar, Səudiyyə Ərəbistanı kimi neft ölkələri və Danimarka, İsveç, Hollandiya kimi Şimali Avropa demokratiyaları. Bütün bu ölkələrin satdığı aldığından çoxdur. Çin 2-ci, Səudiyyə Ərəbistanı 3-cü yerdədir.

Qəzet yazır ki, axırıncı yerdə olan 20 ölkənin əksəriyyəti ingilisdilli ölkələrdir. ABŞ 193-cü, Britaniya 192-ci, Kanada 189-cu, Avstraliya 186-cı, Yeni Zelandiya 173-cü yerdədir.

Qəzet yazır ki, bəlkə ingilis dilindən istifadə ölkə daxilində az istehsal etməyə, xaricdən çox almağa bais olur? – Yəqin ki, yox. Çünki vaxtilə ABŞ və Britaniyada da ixracın idxaldan xeyli üstün olub.

Ancaq qəzet yazır ki, bununla belə anglo və sakson iqtisadiyyatları, yəni ingilis və alman iqtisadiyyatları arasında fərq var.

Anqlo-istisadiyyatlarda sakson iqtisadiyyatları ilə müqayisədə tənzimləmə, işçi haqları azdır.

ABŞ və Britaniya maliyyənin aparıcı olduğu iqtisadiyyalara çevrilib. Ölkələrin sənaye sektorları yox olub-gedir. Bu ölkələrin yolu “səhmdar kapitalıizmi” yoludur. Bunu ilk dəfə deyən Milton Friedman bildirirdi ki, şirkətin bircə vəzifəsi var: öz səhmdarına mənfəəti təmin etmək.

Ona görə də ABŞ-da şirkətin mənfəətini artırmaq üçün maaşları azaldırlar, işçilərin ailələrinin yararlandığı maliyyə köməyi proqramlarını kəsirlər, iş yerlərini xaricə- işçi qüvvəsinin ucuz olduğu yerlərə keçirirlər.

Qəzet yazır ki, belə kapitalizm böyük səhmdarların və korporasiya rəhbərlərinin yararlandığı kapitalizmdir.

Bu kapitalizm həyat standartlarının enməsinə, ABŞ-ın iqtisadi qüdrətinin azalmasına gətirib.

Şimali Avropa ölkələrində isə sərvət əhali arasında daha bərabər bölüşdürülür. Şimali Avropa ölkələrində həmkarlar ittifaqları çox güclüdür, ancaq bu, şirkətlərin rəqabət qabiliyyıtini heç də azaltmır.

Almaniya qanunları korporasiyaları məcbur edir ki, onlar öz işçilərinə vacib qərarların qəbul olunmasında rol ayırsınlar. Şirkətin işlərində səhmdarların rolu isə azdır. Bu ölkələrdə sənaye sektoru ildən-ilə artır. Bu ölkələrdə təsis olunan proqramlar işçilərin müxtəlif qabiliyyətlərinin artırılmasına standartlar qoyur.

Almaniyada sənayedə işçilərə verilən orta kompensasiya ABŞ-dakından 30 faiz çoxdur.

Qəzet sonda yazır ki, bütün bunlara görə, Almaniya CİA siyahısında 1-cidir, ABŞ-sonuncu- 193-cü.

XS
SM
MD
LG