Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

Putinin iki yolu var - Mətbuat icmalı


-

Putinə imkan vermək lazımdır ki, simasını xilas edə bilsin.

Putinin siyasi gedişləri əslində çox azdır, onu yalnız görünməmiş manevr xilas edə bilər - mətbuat bu gün nədən yazır?

Britaniyanın Guardian qəzeti Putinin sırf psixoloji xüsusiyyətlərinə toxunaraq yazır ki, Putin təzyiqləri xoşlamır.

Qəzet hesab edir ki, təzyiq olmasa, bu onu yaraqlılara dəstəkdən əl çəkməyə sövq edə bilər.

Guardian qəzeti hətta yazır ki, ümumiyyətlə, Putinə imkan vermək lazımdır ki, simasını xilas edə bilsin.

Putinin beynində nə fikir var, bunu bilmək çox çətindir, ancaq Malayziya təyyrəsinin qəzası ilə bağlı onun video müraciəti çox şey deyirdi. Onun gözlərinin çuxura düşməsini heç bir qrim gizlədə bilməzdi.

Belə vəziyyəti yaratdığına görə dünya liderlərinin danlağından başqa, onu Ukraynadakı rusiyapərəst quldurların bacarıqsızlığı da çətin duruma salıb.

Qəzet hesab edir ki, Qərb Putinə təzyiq etməlidir, bu öz yerində. Ancaq bu təzyiq düzgün olmalıdır.

Məqalə müəllifi yazır ki, o, 3 il Kreml rəsmiləri ilə yaxın əlaqədə işləyib. O fikir verib ki, kənardan Putinə tənqid olanda, o tənqidlərə çox pis reaksiya verir.

Bu baxımdan qəzet Britaniyanın baş naziri David Cameronun yanaşmasını düzgün adlandırır. Cameron həm gələcək sanskiyalardan danışır, həm də bildirir ki, Ukraynada rus dili azlığın hüquqları qorunmalıdır.

Qəzet hesab edir ki, Putin hazırda simasını qorumağın yolunu axtarır. Bunu nəzərə almaq lazımdır. Putin ola bilsin ki, hələ 10 il prezident olacaq. Soyuq müharibə heç kimə lazım deyil.

Hamı Ukraynanın birliyini və Avropada sülh istəyir.

Moscow Times qəzeti yazır ki, Ukraynada düşmənçiliyə son qoymaq, həm Rusiyanın ictimai fikrini qane etmək, həm də Putinin simasını saxlamaq – bunlar hamısı eyni vaxtda mümkün olmaycaq.

Hazırda iki variant var- ya Ukraynadakı yaraqlılara dəstəkdən əl çəkmək ya da Qərblə qarşıdurmaya getmək. Bu variantların hər ikisi Kreml üçün fəlakətlidir.

Qəzet ekspertlərə istindala yazır ki. bu vəziyyətdən çıxmaq üçün Putin tamamilə gözlənilməz manevr etməlidir. O vaxtilə pis vəziyyətlərdən çıxa bilib, ancaq vəziyyət heç vaxt belə ağır olmayıb.

XS
SM
MD
LG