Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

MH17-ni vuranın tapılmağı ilə nə dəyişəcək?


Malayziyada Rusiya səfirliyi qarşıslnda etiraz
Malayziyada Rusiya səfirliyi qarşıslnda etiraz

-

Sərnişin təyyarəsini kimin vurmağı bilinsə, bununla nə dəyişəcək? WSJ-ın fikrincə, demək olar ki, heç nə. Britaniya qəzetləri isə sanskiyaların məqsədinin cəzalandırmaq yox, islah etmək olduğunu yazırlar.

Wall Street Journal qəzeti yazır ki, əgər siz fikirləşirsiniz ki, Rusiya raketi ilə sərnişin təyyarəsinin vurulması sübut olunsa, hər şey dəyişəcək, hətta nəsə dəyişəcək, siz yanılırsınız. “Bazar ertəsi Barack Obama barmağını silkələdi, Avropa Birliyi çərşənbə axşamı Rusiyaya qarşı yeni sanksiyaları razılaşdıra bilımədi, Rusiyanın silahlandırdığı yaraqlılar isə Ukraynanın daha 2 təyyarəsini vurdu” - deyə qəzet yazır və əlavə edir: “Vladimir Putinin Ukraynada müharibəsi adi qaydada davam edir”.

Ukrayna hökumətinin sözçüsü polkovnik Lysenko deyir ki, vurulan son 2 qırıcı təyyarə ilkin məlumata görə, kənardan vurulub. O, “kənar” deyəndə Rusiyanı nəzərdə tutur.

Guardian qəzeti isə Rusiyaya qarşı sanskiyaların təsirindən yazır. Qəzet hesab edir ki, sanskiyalar Putinə təsir etməlidir ki, o öz siyasətini dəyişsin.

Malayziya təyyarəsinin vurulması ilə bağlı ictimai qəzəb günahkarların tapılıb, cəzalandırılmasını tələb edir. Bu, təbiidir. Ancaq ən böyük problem Ukraynadakı müharibəyə necə son qoymaqdadaır.

ABŞ və Avropa Birliyinin vəzifəsi - ümumi siyasətlə və sanskiya qərarları ilə Putinin davranışını dəyişməkdir.

Sanskiyalar o həddə olmalıdır ki, Putin yenidən düşünməyə məcbur olsun.

Qəzet vurğulayır ki, sanskiyada məqsəd cəzalandırmaq yox, məhz Rusiyanın siyasətini dəyişmək olmalıdır.

İndependent qəzeti də mümkün sanskiyalardan yazır ki, oliqarxların səyahətinə qadağan qoymaq işlək sanksiya deyil. Neft, qaz və ya maliyyə sektorlarına sanskiya qoymaq isə Avropa Birliyi ölkələrinin öz iqtisadiyyatları üçün ağır olacaq, buna siyasi cəhətdən dözmək çətindir.

Britaniya Fransanı məcbur edir ki, Rusiyaya vertolyot daşıyan gəmilər verməsin. Ancaq məlum olur ki, Brityaniyanın özünün Rusiya ilə yüzlərlə hərbi ixrac lisenziyası var. London Rusiya oliqarxları ilə, o cümlədən Roman Abramovichlə münasibətlərdən yararlanır.

Çıxış yolu nədir? Sanskiyalar məhdud olsa, bununla hamı razılaşa bilər. Burda əsas həyati əhəmiyyətli məsələ Qərbin vahid cəbhədən çıxış etməyidir.

XS
SM
MD
LG