Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

BMT Baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə əməl etməyə çağırır

Ban Ki-moon münaqişə tərəflərini atəşkəs sazişinə hörmətlə yanaşmağa, gərginliyi dərhal aradan qaldırmağa, zorakılıqdan çəkinməyə, o cümlədən münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırır

İyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan hərbçiləri Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində son 5 gündə azı 12 Azərbaycan hərbçisinin öldüyü bildirilir

Diqqət! Qarabağda və Ermənistanla sərhəddə baş verənləri daim yenilənən canlı bloqda izlə. Mətnin sonunda «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar

16:43 3.8.2014

İKi GÜN ÖNCƏ İLƏ MÜQAYİSƏDƏ BU GÜN CƏBHƏ BÖLGƏSİNDƏ SAKİTLİKDİR...

Ağdam sakini AzadlıqRadiosuna bildirib ki, dünəndən vəziyyət bir qədər düzəlib. Amma iyulun 30-dan avqustun 1 gecəyə qədər atışma fasilələrlə davam edib

İki gün öncə ilə müqayisədə bu gün Ağdamın cəbhə xəttində sakitlikdir...
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

15:27 3.8.2014

12 AZƏRBAYCAN HƏRBÇİSİ ÖLÜMÜNDƏN SONRA MÜKAFATLANDIRLIB

Bugünlərdə cəbhədə həlak olan 12 hərbçi ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal ilə təltif ediliblər. Bu barədə Müdafiə Nazirliyini avqustun 3-də məlumat yayıb.

Müdafiə nazirinin göstərişinə əsasən avqustun 3-ü və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil ediləcək.

Azərbaycan müdafiə nazirliyinin yaydığı məlumata görə, 4 gün ərzində cəbhə bölgəsində erməni kəşfiyyat-təxribat qrupunun qarşısı alınarkən 12 Azərbaycan hərbçisi həlak olub.

14:56 3.8.2014

«VƏZİYYƏT DEYİLƏN QƏDƏR GƏRGİN OLSA, HÖKUMƏT BİZİ TƏHLÜKƏSİZ YERƏ KÖÇÜRMƏYƏ BAŞLAYAR»

Hazırda Ağdam rayonun Xındırıstan kəndində olan AzadlıqRadiosunun müxbiri cəbhə bölgəsinin həmin istiqamətində sakitlik olduğunu bildirir.

«Biz avqustun 2-dən burdayıq, həm gündüz, həm də gecə bir neçə kəndi gəzmişik. Ara-bir atşıma səslərini eşitmişik, hətta ara-sıra işıq saçan güllələr də atılır. Qaradağlı, Evoğlu, Baş Qərvənd, Mir Şelli kəndlərində güllə səsləri aydın eşidilir. Amma sakinlər deyirlər ki, atəkəs pozuntusu avqustun 1-ə keçən gecə daha güclü olub. Həmin gün iri çaplı silahlardan da atəş açılırmış. Evoğlu kəndi yaxınlığında zəmi yanırdı. Polislər həm əraziyə heç kimi buraxmırdılar. Ehtimal olunur ki, ya zəmi atışmadan yanıb, ya da Ermənistan tərəfdən yandırılıb, dəqiq bir söz deyilmir. Dünəndən fərqli olaraq, bu gün adamlar arasında təşviş az hiss olunmur. Adamlar söyləyirlər ki, narahatlıq yaradan Bakıdan yayılan məlumatlardır. Camaatın fikirincə, Bakıda məlumatlar elə təqdim olunur ki, sanki müharibə başlayıb, əslində isə elə deyil. Ən güclü atəşkəs pozuntusu belə adamlara adi gəlir».

AzadlıqRadiosunun müxbiri bildirir ki, ölkə medaisında və sosial şəbəkələrdə avqustun 3-də cəbhə bölgəsinə yaxın ərazilərdə Azərbaycan ordusuna məxsus qırıcı təyyarə və vertolyotların uçuşlar etdiyi barədə məlumatlar yayılsa da o, bu deyilənləri təsdiq edəcək halları müşahidə etməyib.

«Biz gecə bir neçə kənddə olduq. Sakinlər dedilər ki, bir vertolyot görüblər, deyilənə görə, o da əraziyə yaralıları aparmaq üçün gəlibmiş. Adamlar vəziyyətin deyilən qədər gərgin olmasına inanmırlar. Kənd sakinləri deyir ki, vəziyyət deyilən kimi gərgin olsa hökumət onları bölgədən təhlükəsiz yerə köçürməyə başlayar».

Davamı

XS
SM
MD
LG