Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

Venesiya Komissiyası sentyabrı gözləyir


Sergey Kuznetsov deyir ki, Venesiya Komissiyası Azərbaycan hökumətinin göndərəcəyi sənədi gözləyir
Sergey Kuznetsov deyir ki, Venesiya Komissiyası Azərbaycan hökumətinin göndərəcəyi sənədi gözləyir

Avropa Şurasının seçki islahatları il məşğul olan Venesiya Komissiyası Azərbaycan hökumətinin seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı göndərəcəyi sənədi gözləyir. Komissiyanın təmsilçisi Sergey Kuznetsov «Azadlıq» radiosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu haqda razılıq Venesiya Komissiyasının Azərbaycan hökumətinin nümayəndələrilə son görüşündə əldə olunub.


«Bu razılaşma yazda əldə olunmuşdu ki, Seçki Məcəlləsinə növbəti dəyişikliklər edilsin və sentyabra kimi ekspertiza üçün Venesiya Komissiyasına göndərilsin».


Cənab Kuznetsovun sözlərinə görə, komissiya sentyabrı gözləyir. 2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərindən sonra Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycan hökumətindən seçki və sərbəst toplaşma azadlığı haqda qanunvericiliyə dəyişikliklər etməsini, seçki komissiyalarının formalaşdırılmasına yenidən baxmağı tövsiyə etmişdi.


XS
SM
MD
LG