Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:21

Keçən il «bp-Azerbaijan» hökumətə 825 milyon dollar ödəyib


Keçən il «bp-Azerbaijan» şirkəti Azərbaycan hökumətinə bütün ödəmələr nəzərə alınmaqla, 825 milyon dollar vəsait ödəyib. Bu il ödəmələrin 3 milyard dollara qədər olacağı gözlənilir. Bunu avqustun 28-də «bp-Azerbaijan»ın prezidenti Devid Vudvord şirkətin 2005-ci ilə dair hazırladığı hesabatın təqdimatında deyib. Onun sözlərinə görə, ötən il şirkətin Azərbaycanda işi faydalı olub, «Çıraq» platformasından 328 milyon barrel neft hasil edilib, sosial sərmayə proqramlarına 18 milyon dollar vəsait xərclənib. Amma çatışmazlıqlar da qeydə alınıb, şirkətin layihələrində çalışanlardan üç nəfər iş qəzasında həlak olub, əlverişsiz hava şəraiti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişini ləngidib və s. «bp-Azerbaijan» bu cür hesabatları hər il hazırlayır.


XS
SM
MD
LG